Enerji iqtisadiyyatında strateji hədəf

13:10 31-10-2023 | icon 584
Enerji iqtisadiyyatında strateji hədəf

Bizim bu gün öyünməyə haqqımız çatır ki, ölkəmizin iqtisadiyyatı çox sabitdir. Son 20 il ərzində bizim ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallığı yaradır. Növbəti illərdə qısa müddət ərzində milli enerji şəbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramını icra etməyi planlaşdırırıq.
Prezident İlham Əliyev tərəfindən müəyyən dövrləri əhatə edən iqtisadi proqramlar hazırlanmaqla neft-qaz sektorundan gələn gəlirlər hesabına sənayenin, kənd təsərrüfatının və digər sahələrin inkişaf etdirilməsinə böyük investisiyalar yatırıldı. Artıq Azərbaycandan xarici dövlətlərə qeyri-neft qaz məhsullarının ixracı hər il artmaqdadır. Dövlət büdcəsinin 46 faizi qeyri-neft sektorundan gələn gəlirlər hesabına formalaşmışdı. Yaxın gələcəkdə qeyri-neft sektorundan gələn gəlirlər 50 faizi üstələyəcək.
Beləliklə, səhralığı xatırladan ərazidə yeni enerji mənbəyinin bir araya gətirildiyi böyük enerji şəhərciyi salınmaqla son illərin ən böyük infrastruktur layihələrindən biri reallaşdırılıb. Bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir. “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var, bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir..
. Birbaşa xarici borcumuzu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq. Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik.
Bütövlükdə Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısına çevrilir Növbəti illərdə Azərbaycan hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək. Bu məqsədlə lazımi potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından fəaliyyət göstərilir..

Fəttah Kərimov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Cəlayir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi

 


Digər xəbərlər

0.21488904953003