Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir

13:12 31-10-2023 | icon 597
Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir

Dövlət başçısı İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının
rəsmi açılış mərasimindəki çıxışında bir daha bildirdi ki, hazırda iqtisadi hədəfimiz
qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi
davam etdirməkdir.Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı
son 20 ilin əsas hədəfləri sırasındadır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə
başladığı ilk gündən bildirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır.
Regional inkişaf proqramlarının uğurlu icrası bu məqsədə xidmət edir. Bölgələrimiz
arasında sağlam rəqabət gedir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər
ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Bir çox neft hasil edən
ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm
xeyir, həm də başağrısı, problem gətirə bilər. «Biz bilirik ki, dünyada neft üstündə
əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft
hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq» söyləyən
dövlət başçısı İlham Əliyev qeyd edir ki, neftlə zəngin olan bir çox ölkələrdə bu gün
müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan
ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu
müsbət dəyişikliyi görsün.
Dövlət Proqramından irəli gələn vəzifələrin uğurlu icrası ilə yaxından tanış olmaq
məqsədilə cənab İlham Əliyev müntəzəm olaraq regionlara səfər edir,  tapşırıq və
göstərişlərini verir.  Bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət alıb.
Görülən və görüləcək işlərin fonunda bir daha bu reallıq öz təsdiqini tapır ki, ölkənin
davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əsasdır.
Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi
dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək
səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara
uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır.
Hazırkı dövrün çağırışlarına diqqət yetirsək görərik ki, iqtisadiyyatın inkişafında üç
mühüm sahənin inkişafı əsasdır: enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi.
Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində  yol-nəqliyyat kompleksinin
müasir infrastrukturunun yaradılması istiqamətində  mühüm tədbirlər həyata keçirilir,
Prezident Fərman və sərəncamları imzalanır.  Bu sənədlərə uyğun olaraq  çoxsaylı yol
ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur,
beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə
qeyd edirik ki, ən ucqar kənd yolları belə  müasir standartlara  uyğun qurulub. Yollar
həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında
mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası  ölkənin
geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol
açan enerji layihələrinin uğurlu icrasına,  qeyri-neft sektorunun hərtərəfli inkişafına,
ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin  təminatına  xidmət edib və bundan sonra da
edəcək.
Səmədova Hicran
Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi


Digər xəbərlər

0.24861407279968