Abşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib, görülən işlər, həyata keçirilən infrastruktur layihələr barədə məlumat verilib

12:37 01-11-2023 | icon 705
Abşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib, görülən işlər, həyata keçirilən infrastruktur layihələr barədə məlumat verilib

Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Xırdalan şəhəri də daxil olmaqla, ümumilikdə rayonun 15 kənd və qəsəbəsində növbəti səyyar qəbullar keçirilib.

Qəbullarda RİH-nin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və sakinlər iştirak ediblər.

Qəbullarda Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində xalqımızın qazandığı şanlı qələbədən, o cümlədən Qarabağda cəmi 24 saat çəkən uğurlu antiterror tədbirlərindən danışaraq, sülhün əldə olunması istiqamətində ölkəmizin çox mühüm diplomatik uğurlar əldə etdiyini, soydaşlarımızın öz yurdlarında firavan həyatlarını yaşamağa başladıqlarını vurğulayıb.

O cümlədən qeyd edilib ki, vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış igidlərimizin ailə üzvləri daima diqqət mərkəzində saxlanılıb, şəhidlərimizin və onların əmanətləri olan övladlarının doğum günlərində şəhid ailələri RİH başçısı tərəfindən davamlı olaraq ziyarət olunub.

Sonra Abşeron rayonunda görülən işlərdən, həyata keçirilən infrastruktur layihələr barəsində ətraflı məlumat verənRİH başçısı rayonun kənd və qəsəbələrinin mövcud problemlərinin həlli istiqamətində müvafiq addımların atıldığını söyləyib.

Qeyd edilib ki, həyata keçirilən quruculuq-abadlıq işləri çərçivəsində rayonun kənd və qəsəbələrində vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn sakinlərimizin adlarını daşıyan küçələr, o cümlədən yaşayış məntəqələrinin əsas yollarına asfalt örtüyü çəkilib. Belə ki, Novxanı kəndində Vətən Müharibəsi şəhidi Useynov Ceyhun Elşad oğlunun adını daşıyan küçəyə 1458 m2 asfalt vurulub. 21 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatlarında şəhid olmuş Ramil Rəhimovun əvvəllər yaşadığı Ceyranbatan qəsəbəsi Nəriman Nərimanov küçəsinə 1500 m2 asfalt örtüyü salınıb. O cümlədən, Görədil kəndində də Ağaəli Məşədioğlu küçəsinə 1220 m2, Mehdiabad qəsəbəsində isə İsmayıl Şıxlı küçəsi 540 m2, Əlabbas İsgəndərov küçəsində 600 m2, Sülh küçəsində 2630 m2 asfalt çəkilib. Məlumat üçün bildirək ki, ötən il təkcə Xırdalan şəhərində Aida Qəhrəmanova, M.S.Ordubadi və Qarabağ küçələri də daxil olmaqla ümumilikdə 19 küçəyə asfalt örtüyü çəkilib. Cari ildə isə Xırdalan şəhərinin Mübariz İbrahimov, Qasım bəy Zakir və Həzi Aslanov küçələri də daxil omaqla ümumilikdə 37 küçə asfalalanacaqdır. Bu qəbildən olan işlər Abşeron rayonun digər kənd və qəsəbələrində də həyata keçirilməkdədir.

Bildirilib ki, Abşeron rayonunda ümumilikdə 2500-ə yaxın küçə vardır. Son 2 il ərzində Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü və aidiyyatı qurumların dəstəyi ilə rayon ərazisində 50 km-ə yaxın yol asfaltlanıb. Hazırda RİH-in müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Saray qəsəbəsində 2 kilometr uzunluğunda olan Mikayıl Müşfiq küçəsində asfalt örtüyünün döşənməsi istiqamətində hazırlıq işləri aparılır. Növbəti mərhələdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 41 küçənin asfaltlanması nəzərdə tutulur. O cümlədən, RİH tərəfindən də 30-a yaxın küçənin də asfaltlanması planlaşdırılıb. Asfaltlanma və yolların bərpası işləri zamanı şəhidlərimizin adlarını daşıyan, şəhid ailələrinin yaşadığı və sakinlərin intensiv istifadə etdiyi küçələr prioritet olaraq götürülür.

Vuğulanıb ki, uzun müddət ərzində Xırdalan şəhərinin bir neçə prospekt və küçəsində küçə işıqları ilə bağlı problemlər mövcud olub. RİH tərəfindən aparılmış monitorinq nəticəsində küçə işıqlandırması şəbəkəsinin bir çox hissələrində kabellər və texniki avadanlıqların oğurlanması, əksər texniki hissələrinin isə istismar müddətini başa vurduğu aşkar edilmişdir. Son 2 il ərzində şəhərin bir çox küçələrində, parklarda və məhəllələrdə küçə işıqlandırması bərpa olunur. Belə ki, artıq şəhərin Heydər Əliyev prospektinin böyük hissəsi, M.Ə.Rəsulzadə, Səttar Bəhlulzadə, Vəli Axundov, Nizami, 20 Yanvar, Şıxəli Qurbanov, Səməd Vurğun, Mirəsədulla Mirqasımov küçələrində, “Misir Parkı”, şəhərin 28-ci məhəlləsində yerləşən “Ana və uşaq Parkı” və bir neçə məhəllədə küçə işıqları tam bərpa edilib və əlavə olaraq 142 ədəd işıqlandırma dirəkləri quraşdırılıb.

Cari ilin ilk 9 ayı ərzində Xırdalan şəhərinin park və xiyabanlarında, o cümlədən məhəllə və küçələrində 201 ədəd oturacaq və 21 ədəd müasir standartlara cavab verən söhbətgah quraşdırılıb, 2472 m2 tamet daşı döşənib. Bundan əlavə, 3578 m bardür (səki daşı) və 50 ədəd idman qurğuları quraşdırılıb. Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında cari ildə Bakı Abadlıq İdarəsi tərəfindən rayon ərazisində 111 kilometr uzunluğunda olan 86 küçəyə gecə işıqlandırılması çəkilib. Növbəti mərhələdə isə 172 kilometr uzunluğunda, ümumilikdə 233 küçənin gecə işıqlandırılması ilə təmin olunması planlaşdırılıb.

Qeyd edilib ki, Abşeron rayonunda məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, bu sahədə maddi-texniki bazasının gücləndirilməsi, şəhərsalma prinsipləri əsasında kənd və qəsəbələrdən tullantıların toplanması, daşınması və zərərsizləşdirilməsi işinin müasir standartlara uyğunlaşdırılması istiqamətində bir sıra proqramlar həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq cari ilin ilk 9 ayı ərzində 3 xüsusi avtomobil gətirilərək istifadəyə verilib. Eyni zamanda məişət tullantılarının yığılması üçün 1000 ədəd konteyner alınaraq müəyyən olunmuş yerlərə düzülüb. Yeni xüsusiləşmiş avtomobillərin gətirilməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Qəbullarda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

 

Digər xəbərlər

0.37799787521362