Hacıqabul rayonunda “Kənd Təsərrüfatı işçiləri Günü” qeyd edilib
01 noyabr 2023-cü il tarixində Hacıqabul rayonunda “Kənd Təsərrüfatı işçiləri Günü” qeyd edildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi və işçiləri iştirak etmişdir.
Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə dərin ehtiramlarını bildiriblər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov kənd təsərrüfatı işçilərini “1 noyabr - Kənd Təsərrüfatı işçiləri Günü” münasibətilə təbrik edərək, onlara çətin və şərəfli işlərində uğurlar diləyib.
İcra başçısı kənd təsərrüfatı işçilərinin əməyinə yüksək qiymət verdiyinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirərək, bu bayram gününü dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirib.
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...