Qaradağda növbəti səyyar görüş keçirildi - Fotolar

15:41 03-11-2023 | icon 486
Qaradağda növbəti səyyar görüş keçirildi - Fotolar

Noyabrın 3-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Qəbulda Qızıldaş qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 70-ə yaxın qəsəbə sakinləri iştirak edib.

Sakinlərdən 11 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

 

 



Digər xəbərlər

0.26743388175964