Qaradağda ağacəkmə aksiyası - Fotolar
Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində, o cümlədən Qaradağ rayonunda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.
8 noyabr - Zəfər Günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə kütləvi ağacəkmə aksiyaları keçirilib.
Aksiya çərçivəsində noyabrın 4-də Qaradağ Rayon İcra Hakimiyyəti strukturlarının əməkdaşları, Şəhid ailələri, vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin iştirakı ilə Qaradağ rayonu, Bakı-Qazax yolunun Sahil qəsəbə ərazisində ərazisində 500 ədəd şam ağacı əkilib.
Ağaclara daimi qulluq və suvarılma məsələləri həll edilib.
Qeyd edək ki, mövsüm ərzində Qaradağ rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...