Musiqili Teatrda Zəfər Gününə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq
Azərbaycan tarixinə Zəfər salnaməsi kimi yazılan 44 günlük Vətən müharibəsindən 3 il ötür. 8 Noyabr – Zəfər Günü ilə əlaqədar həmin gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Vətən müharibəsi qəhrəmanlarına, şəhid analarına həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq.
Teatrdan bildirilib ki, rejissor Samir Qulamovun eyniadlı pyesi əsasında və quruluşunda səhnələşdirilən əsərdə SSRİ Xalq artisti Fikrət Əmirovun musiqilərindən, həmçinin Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə edilib.
İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Səhnə əsrində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Prezident mükafatçıları Əmrah Dadaşov, Mehriban Zaliyeva, Hüseyn Əlili, Səmədzadə Xasiyev, aktyorlar Nəzrin İsmayılzadə, İbrahim Əlizadə, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev və balet artistləri iştirak edirlər.
-
Musiqili Teatrda qəribə yubiley tamaşası – “Qorxma, biz səninləyik!”
...
-
“Qadınlar yaşlandıqca daha seksual olurlar” - Fotolar
...
-
Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq
...
-
İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu
...
-
Əbülfəs Qarayev xanımı ilə tamaşada - Foto
...
-
DTX-də Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib - Fotolar
...
-
Bu gün Şuşada “Yasəmən” açılacaq - Fotolar
...
-
Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq
...
-
Musiqili Teatrda Zəfər Gününə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq
...
-
İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
...