“Neftçi” Cəlilabadda qalib gəldi

00:48 05-11-2023 | icon 888
“Neftçi” Cəlilabadda qalib gəldi

Azərbaycan Basketbol Liqasında 3-cü turun oyunları keçirilib.

"Neftçi", səfərdə "Cəlilabad" klubu ilə qarşılaşıb. Oyun paytaxt klubu "Neftçi"nin 90-56 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Rişon Conson - 38 xal, 8 ribaund), "Neftçi" (Maykl Karter - 19 xal, 4 ribaund)


Qeyd edək ki, ikinci turun son oyunu ( "Şəki" - "Sərhədçi") 5 noyabr tarixində baş tutacaq.

 


Digər xəbərlər

0.26396417617798