Möhtəşəm MMA beynəlxalq döyüş növü Bakı arenasında
Azərbaycan RİZİN-in “Landmark 7” beynəlxalq turnirinə ev sahibliyi edib.
Paytaxt Bakı növbəti dəfə möhtəşəm idman yarışına ev sahibliyi edib. Noyabrın 4-də Milli Gimnastika Arenasında Yaponiyanın dünyaca məşhur qarışıq döyüş sənəti (MMA) təşkilatı RİZİN-in “Landmark 7” beynəlxalq turniri baş tutub. İlk dəfədir, Yaponiyadan kənarda keçirilən RİZİN “Landmark 7” beynəlxalq turnirində dünyanın 13 ölkəsindən tanınmış peşəkar idmançılarla yanaşı, dünya şöhrətli 5 yerli MMA döyüşçümüz üz-üzə gəlib.
Ümumilikdə 10 qarşılaşma baş tutub.
Turnirin ilk qarşılaşmasında döyüşçümüz 70.6 kq çəkili Tural Ragimov koreyalı 70.7 kq çəkidə olan Kyung Pyo Kimə bir dəqiqənin tamamında məğlub olub.
Digər həmyerlimiz 59.5 kq çəkili Mehman Məmmədov onunla eyni çəkidə olan türkiyəli rəqibi Ferit Göktepe ilə qarşılaşıb. Qarşılaşma MMA döyüşçümüzün qələbəsi ilə bitib. Məmmədov hər üç raundda rəqibindən üstün olub.
Məşhur azərbaycanlı döyüşçü, "Fight Nights Global"ın keçmiş çempionu 70.9 kq çəkili Nəriman Abbasov isə 70.7 kq çəkili rusiyalı Əli Əbdülxalikov üzərindəki üstünlüyünü əldə verərək üçüncü raundda məğlub olub.
70.5 kq çəkili Tofiq Musayev isə yaponiyalı döyüşçü, 71 kq Koji Takeda üzərindəki qalibiyyətini şəhidlərimizə həsr etdiyini bildirib.
Turnirin sonuncu döyüşü MMA döyüşçümüz, RİZİN kəmərinin sahibi 65.7 kq çəkili Vüqar Kərəmov yaponiyalı “Black Super” yüngül çəki çempionu 65.9 kq çəkili Çihiro Suzuki arasında baş tutub. V.Kərəmov titulunu qorumağa çalışsa da, Suzuki onun üzərində ilk raundda nokautla qalib gəlib.
“RİZİN döyüşünün Bakıda keçirilməsi bizim üçün tarixi bir məqamdır. Turnir ilk dəfədir Yaponiyadan kənarda keçirilir və onun bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edən paytaxt Bakıda keçirilməsinə çox şadıq. Əminəm ki, azərbaycanlı idmançıların qatıldığı turnirin öz vətənlərində keçirilməsi yerli azarkeşləri xüsusilə sevindirəcək. Burada olmaqdan çox məmnunuq və RİZİN həvəskarlarına unudulmaz təcrübə vəd edirik.” – deyə RİZİN Döyüş Federasiyasının təsisçisi və prezidenti Nobuyuki Sakakibara jurnalistlərə açıqlamasında bildirib.
4000 -dən çox tədbir azarkeşi tək döyüş deyil, açılış mərasimləri ilə birlikdə amerikalı məşhur R&B ifaçısı Lloyd Banks, reper Pasterin, akrobatların iştirakı ilə möhtəşəm şouya şahidlik ediblər.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və RİZİN Döyüş Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirin rəsmi promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, rəsmi tərəfdaşları isə “Nar” və “Silk Way West Airlines”-olub.
İdman həvəskarları daha ətraflı məlumat və qarşılaşma barədə yenilikləri sosial mediadan izləyə bilərlər:
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...