Cənubi Qafqazda stabillik zəruridir

09:27 06-11-2023 | icon 470
Cənubi Qafqazda stabillik zəruridir

Hazırda Cənubi Qafqazda çox mühüm hadisələr baş verir. Bunlardan ən mühümü odur ki, artıq Xankəndidə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Ermənistan tarixi seçim qarşısındadır, Azərbaycanla sülh sazişi imzalasın, yaxud artıq bitmiş münaqişəni davam etdirməyə çalışsın. Rəsmi İrəvan yaxşı başa düşür ki, Azərbaycan üzərində qələbə çalmaq, bizə hansısa güc göstərmək tam mənasızdır. Son hadisələr də bir daha təsdiq etdi ki, İrəvan əbədi olaraq sülh sazişinə imza atmaq məsələsindən boyun qaçıra bilməz. Çünki Azərbaycan sülh müqaviləsinin imzalanması üçün aktiv siyasi təzyiqini davam etdirir. Digər tərəfdən, həm Avropaya, həm də digər dünya güclərinə Cənubi Qafqazda stabillik lazımdır.

        Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.

        Prezident İlham Əliyevin cari ilin 3 noyabr tarixində Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə            çıxışı bu və daha tezislərlə yaddaqalan oldu. Prezident bəyan etdi ki, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində üç il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.

         Ölkəmizin başçısı onu da xüsusi bildirib ki,. Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistikamərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb.Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir.

       Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur.

         Azərbaycan Prezidentinin bu fikirləri Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinin indiki fazasında süni gərginlik yaratmaq, siyasi manevrlərə baş vurmaq, yuxarıda da bildirdiyimiz kimi, məğlub Ermənistan üçün sərfəli şərtlər formalaşdırmaq istəyənlərə qarşı prinsipial cavabdır. Bu cavab, eyni zamanda ermənilərin Qarabağ avantürasının heç bir halda bundan sonrakı danışıqlar masasına gətirilməyəcəyinin təsdiqidir.

 

Eyvaz Məmmədov,

ADPU Cəlilabad filialının müəllimi


Digər xəbərlər

0.24075198173523