Qaradağda şəhidin 40 mərasimi keçirildi - Foto

15:49 06-11-2023 | icon 741
Qaradağda şəhidin 40 mərasimi keçirildi - Foto

Qaradağ rayonunun Lökbatan qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşən Vüqar Əsədovun cəsədinin tapılaraq dəfn edilməsindən 40 gün ötür. Bu gün qəsəbədə şəhidin 40 mərasimi keçirilib.

Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 
 

Qeyd edək ki, Əsədov Vüqar Habil oğlu 1974-ci il iyunun 29-da anadan olub. Vüqar Əsədov 31 avqust 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb. Şəhidin meyitinin qalıqları bir qədər əvvəl Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb. Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Əsədov Vüqar Habil oğlu məxsus olduğu təsdiqlənib.

 

 

Digər xəbərlər

0.25792193412781