Salyanda Birinci Qarabağ müharibəsində şəhid olmuş Əbülfət Atamoğlanov və Təhsin Hacıyevin 40 mərasimi keçirilib

19:11 06-11-2023 | icon 624
Salyanda Birinci Qarabağ müharibəsində şəhid olmuş Əbülfət Atamoğlanov və Təhsin Hacıyevin 40 mərasimi keçirilib

Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçular Əbülfət Atamoğlanovun və Təhsin Hacıyevin 40 mərasimi keçirilib.

Mərasimdə RİH-nin başçısı Sevindik Hərtəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi yad edilib, ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.

Qeyd edək ki, şəhid Əbülfət Atamoğlanov Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşmüş və 30 ildən sonra meyitinin qalıqları Şuşa ətrafında tapılmışdır. 

Şəhid Təhsin Hacıyev Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşmüş və meyitinin qalıqları 30 il sonra Xocavənddə aşkarlananmışdır.


Digər xəbərlər

0.2904360294342