"Uşaq hüquqları aylığı" çərçivəsində Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyada şagirdlərlə görüş keçirilib

20:57 06-11-2023 | icon 1375
20 oktyabr-20 noyabr tarixlərini əhatə edən "Uşaq hüquqları aylığı" çərçivəsində 6 noyabr 2023-cü ildə Təbiət elmləri təmayüllü gimnaziyada şagirdlərlə görüş keçirilib.
 
Görüşün təşkil olunmasının əsas məqsədi uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarət idi.
 
Görüşdə Sumqayıt Şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi polis mayoru Azər Bağırov, leytenant Aytac Aslanova, məktəb rəhbərliyi və müəlimlər iştirak etdilər.
 
Görüşü məktəbin direktoru Nizami Əhmədov açıq elan edərək mövzu ilə bağlı söhbət açdı. O, şagirdlərə dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə danışdı. Sonra söz qonaqlara verildi. Onlar şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, onun pozulması və müdafiəsi, milli qanunvericilik, zərərli vərdişlər və bu kimi mövzular barəsində ətraflı məlumat verdilər.
 
Sonda şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırıldı.

Digər xəbərlər

0.27218294143677