Ermənilərin azərbaycanlılara qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti bitmək bilmir

16:12 07-11-2023 | icon 769
Ermənilərin azərbaycanlılara qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti bitmək bilmir

Azərbaycan torpağının hələ Çar Rusiyası zamanından Qarabağa köçürülməsindən
bu günə qədər ermənilərin təxribatları davam edir. Ermənilər ərazilərimizdə
məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayıb. Daha
dəqiq desək, hələ 1918-1920-ci illərdə xalqımızın yaddaşında erməni silahlı quldur
dəstələrinin xüsusi qəddarlığı unudulmaz olaraq qalıb.
Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda,
Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda,
Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırıma məruz qalıb, Əhaliyə onlarla
işgəncələr verilib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb.
İşğalçı Ermənistanla Azərbaycan arasında növbəti  münaqişə SSRİ-nin mövcud
olduğu dövrdə Ermənistanın Azərbaycana qarşı qanunsuz və əsassız ərazi iddiaları
ilə başlayıb.1988-ci ildə daha 250 000 azərbaycanlı öz doğma yurdundan qovulub.
1991 və 1992-ci illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı genişmiqyaslı
müharibəyə başlayıb. Münaqişənin aktiv dövrü isə 1994-cü ilin mayına, atəşkəs əldə
olunana qədər davam edib.
Bu müddətə qədər Azərbaycanın əhəmiyyətli hissəsi, o cümlədən Qarabağ, ona
bitişik yeddi rayonu Ermənistan tərəfindən işğal olundu. Cinayətkar, talançı və işğalçı
ermənilər 30 il ərzində əzəli ata-baba torpaqlarımızı işğal altında saxlayıb, onilliklər
ərzində yalnız yaşayış məntəqələrini deyil, məzarlıqları da dağıdıb viran qoyub. BMT
Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini
yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən
istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə
etmək hüququ verilir.
Beləliklə, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz BMT Təhlükəsizlik
Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edib. 30 ilə yaxın
Qarabağ həsrəti 44 gündə son çatdı.
Torpaqlarımız işğaldan azad edildi. Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi
Qələbə ilə başa çatdı. Nəticədə Azərbaycan İkinci Qarabağ müharibəsi dövründə
nəinki döyüş meydanında, eyni zamanda, informasiya müharibəsində düşmənlərə,
Ermənistana havadarlıq etmək niyyəti ilə qərəzli fikir bildirənlərə qalib gəldi.  Ölkə
rəhbərliyi tərəfindən istər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə
xüsusən effektiv xarici siyasət davam etdirildi.
Prezident İlham Əliyev qətiyyətlə bildirir ki, dəymiş hər bir ziyan hesablanır.
Ələddin Zeynalov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.26391100883484