Müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsi

16:22 07-11-2023 | icon 1106
Müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr
tarixli Sərəncamı ilə hər il 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı
Günü kimi qeyd edir. Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində
mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz
bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı
mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli
qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən
bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın
qədimliyini göstərir.
Azərbaycan xalqı ötən əsrdə iki dəfə – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın
18-də dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq
Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol
oynamış və müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. Üzərində ağ aypara
və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Fətəli xan Xoyskinin rəhbərlik
etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə
Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il
noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən
iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir.
Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli
ulduzdan ibarət olan bayraq Dövlət Bayrağı kimi qəbul edilmişdir. Dövlət
bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal
ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq”
düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq
məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş
etdirir;
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar
Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir;
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmış mühüm vəsatət. Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli
bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət
qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan
Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında”
Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Sonralar ümummilli
lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul
etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan
rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı.
Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də,
Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsi. 1991-ci il oktyabrın 18-

də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə
Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət
rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.
Ulu Öndər Heydər Əliyev:“Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik.
Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və
məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət
olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını
istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında
birləşməlidir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bayrağımız eşidilən səsimiz,
duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan
Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli
suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik
rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu
bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara
sadiqliyimizi nümayiş etdirir”.
Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Xalqımızın, bütün dünya
azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və
ehtiramının tək ünvanı olan Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və
diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər,
mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda,
mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır. Bir neçə ildir ki, müstəqil
Azərbaycan dövlətinin bayrağı işğaldan azad edilmiş Lələtəpə yüksəkliyində, Cocuq
Mərcanlı və Günnüt kəndlərində, Qızılqaya zirvəsində qürurla dalğalanırdısa, bu gün
artıq Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və düşmənlərdən azad edilmiş
digər torpaqlarımızda da dalğalanır. Hər gün yeni bir ünvana sancılır. Bayrağımızın
bütövlükdə Qarabağda dalğalanacağı gün isə uzaqda deyil.
Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil,
bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən
bələdçidir. Bu gün ən yüksək zirvələrdə dalğalanan, sentyabr ayının 27-dən
başlayaraq üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini,
həmrəyliyini nümayiş etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi:
“Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir”.

Nicat Mütəllimov
Saatlı rayon Mərkəzi Xəstəxanasının əməkdaşı


Digər xəbərlər

0.26730394363403