İlham Səfərov: "İlham Əliyevin Liderliyi ilə yeni hədəflərə doğru irəliləyirik"

10:48 05-02-2024 | icon 697
İlham Səfərov:

 "20 il əvvəl cənab İlham Əliyev ilk dəfə prezident seçildi və o vaxtdan dəfələrlə öz çıxışlarında bəyan etdi ki, Azərbaycan öz tarixi torpaqlarının işğal altında qalması faktı ilə heç zaman barışmayacaq. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması cəhdi qəbuledilməz idi və buna heç vaxt yol verilməyəcəyi qətiyyətlə bəyan olundu".

Bu fikirləri saytımıza açıqlamasında Şirvan Olimpiya İdman Kompleksinin direktoru İlham Səfərov deyib.

Direktor bildirib ki, Cənab İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində qeyd etdi ki, son 20 ilin uğurları göz qabağındadır. Əsas məsələ odur ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. O vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni Heydər Əliyevin müdrik siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi:

"Dövlət başçısı həmin müsahibədə qeyd etdi ki, 2023-cü ilin sentyabr ayına qədər getdiyimiz yol məqsədyönlü idi. Siyasi-hərbi müstəvidə, həmçinin ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən tarixi Zəfər bütün işlərimizin məntiqli nəticəsidir.

Ümummilli Liderin yaratdığı möhkəm təməl əsasında cənab İlham Əliyev Azərbaycanı ildən-ilə gücləndirdi, beynəlxalq aləmdə ölkəmizin mövqeyini daha da möhkəmləndirdi. Məhz müzəffər ordumuz 2020-ci ildə Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli dövlət bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı.

“Dəmir yumruq”la beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ancaq buna baxmayaraq, Qarabağdakı erməni separatçıları yenə də sakit dayanmadılar və üçtərəfli Bəyanatın bir sıra müddəalarını yerinə yetirməkdən imtina etdilər. Bununla bağlı dəfələrlə xəbərdarlıq olundu. Amma bu xəbərdarlıqlara əhəmiyyət verməyən Ermənistan daha da biabırçı vəziyyətə düşdü. Ötən ilin sentyabr ayında 23 saatdan da qısa müddətdə Azərbaycanın dövlət suverenliyi bərqərar edildi.

Azərbaycan xalqı çox xoşbəxtdir ki, bu cür tarixi hadisələrin canlı şahidi oldu. Bu hadisələr bizim tariximizin ən şərəfli səhifələrindəndir. Son 200 ildə Azərbaycan tarixində belə böyük tarixi Zəfər qazanılmamışdı. Heç şübhəsiz ki, bu Zəfərin memarı qalib xalqın qalib Lideri cənab İlham Əliyevdir. Dövlətimizin başçısı böyük uzaqgörənliyi, siyasi səriştəsi və sərkərdəlik qabiliyyəti ilə öz adını əbədi olaraq tarixə yazdı. İllər keçəcək, gələcək nəsillər 44 günlük Vətən müharibəsini, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını böyük qürur hissi və fəxarətlə xatırlayacaqdır.

İndi qarşıda yeni hədəflər durur. Azərbaycan bu yeni mərhələyə fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə daxil olacaq...

Prezident seçkilərini labüd edən səbəblərdən biri də elə Azərbaycanda yeni tarixi mərhələnin başlanması ilə bağlıdır. Yeri gəlmişkən, cənab İlham Əliyev yerli telekanallara müsahibəsində bu məsələyə də toxundu və qeyd etdi ki, bunun əsas səbəbləri sırasında birincisi təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur.

Dövlət başçısı ikinci səbəb kimi ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçiriləcəyini, digər səbəb kimi isə Prezident kimi fəaliyyətinin 20 ilinin tamam olmasını göstərdi.

Doğrudan da, Azərbaycan qarşıya qoyduğu ən vacib hədəfə nail oldu. Yeni mərhələ başlayır və bu dövrün də öz hədəfləri olacaq. Cənab İlham Əliyev ötən 20 ildə qarşıya qoyulan bütün vəzifələri, ali məqsədləri şərəflə yerinə yetirdi. Bu baxımdan, 7 fevral seçkilərini yeni hədəflərə çatmaq üçün mühüm bir başlanğıc kimi qiymətləndirmək olar.

Bu gün nəinki Azərbaycanda, bütövlükdə dünyada ölkəmiz haqqında məlumatı olan, siyasətlə maraqlanan hər kəs bilir ki, Azərbaycan xalqı cənab İlham Əliyevə yüksək etimad göstərir. Xalqımız cənab İlham Əliyevin tarixi xidmətlərini həmişə yüksək dəyərləndirir, yeni hədəflərə doğru Onun rəhbərliyi altında irəliləmək istəyir. Şübhəsiz ki, xalqımız yeni ali məqsəd və vəzifələrə çatmaq üçün bir daha cənab İlham Əliyevə etimad göstərəcək, doğma Azərbaycan Onun rəhbərliyi ilə daha müasir, güclü və firavan ölkəyə çevriləcək"


Digər xəbərlər

0.25870108604431