“Qarabağ” “Bayer” qarşı 

13:49 09-11-2023 | icon 855
“Qarabağ” “Bayer” qarşı 

Avropa Liqasında mübarizə aparan “Qarabağ” bu gün turnirin qrup mərhələsində növbəti matçına çıxacaq.

Azərbaycan çempionu Almaniyanın “Bayer” klubunu qəbul edəcək.

Bakıda keçiriləcək oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

İtkisiz irəliləyən “Bayer” hazırda 9 xalla qrup lideridir. “Qarabağ” isə 6 xalla ikincidir.

Bu gün qrupun digər matçında “Molde” (Norveç) səfərdə “Hakken”lə (İsveç) qarşılaşacaq.

 

Avropa Liqası

H qrupu

9 noyabr, 21:45.

“Qarabağ” – “Bayer” Baş hakim: Kreyq Pouson (İngiltərə).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


Digər xəbərlər

0.24290084838867