“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər

15:59 10-11-2023 | icon 1283
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər

Noyabrın 11-i Ümumdünya Şopinq Günüdür. “Maxim” taksi sifarişi xidmətinin bu bayramla əlaqəsi
var, belə ki, müştərilər şirkətin “Alıb gətirəcəyik” xidmətindən faydalana bilirlər. Bu xidmətdən
kuryerin köməyi ilə uzaqdan alış-veriş edən adamlar istifadə edirlər. Sizə kuryerlərin hansı sifarişləri
yerinə yetirməli olduqları haqda danışaq.
Müştərilər “Alıb gətirəcəyik” xidmətindən özləri alış-veriş üçün mağazaya gedə bilmədikləri halda
faydalanırlar. Bəzən özünü yaxşı hiss etmirsən, uşağı kiminsə yanında qoya bilmirsən, yağışlı havada piyada
getmək istəmirsən, ya da sadəcə vaxtına qənaət etmək lazım gəlir – səbəblər müxtəlif ola bilər. İstifadəçilər
şərh yerində çatdırılma ünvanını və alınacaq şeylərin siyahısını qeyd etməklə “Maxim” xidmətinə sifariş verir,
məhsulu aldıqdan sonra isə onun məbləğini və kuryerin xidmətini ödəyir. Şirkətin əməkdaşları müştərilərin nə
sifariş etdikləri ilə maraqlanıblar və ən populyar, ən qeyri-adi şeylərin siyahısını tərtib ediblər.
Azərbaycan sakinləri daha çox ən zəruri ərzaqları və malları almağı xahiş edirlər. Ən populyar ərzaqlarsa
süd, çörək və şəkərdir – onlar həmişə ən uyğunsuz anda bitir. İkinci yerdə restoran və kafelərdən sifariş
edilən yeməklər gəlir. “Maxim” xidməti öz çatdırılma xidməti olmayan yerlərdən yemək sifariş etməkdə
yardımçı olur. Üçüncü yeri benzin tutur. Kuryerlər yanacaqdoldurma məntəqəsinə getməyə yanacağı
çatmayan avtomobil sahiblərinin köməyinə yetişirlər. Alınan məhsullar arasında tez-tez çiçəklərə və reseptsiz
satılan dərman vasitələrinə də rast gəlinir.
Ən qeyri-adi sifarişlər arasında tutuquşu, qayka açarı, pomidor şitilləri, 50 alma olub. Bir dəfə hətta raket
yanacağı alıb gətirməyi xahiş ediblər. Yəqin ki, adam kuryerlərlə zarafatlaşmaqla öz əhval-ruhiyyəsini
qaldırmağı qərara alıb.
– “Maxim” xidmətində taksi sürücüsü işləyirəm və vaxtaşırı “Alıb gətirəcəyik” sifarişlərini yerinə
yetirirəm. Adətən, bu, yetərincə sadə gündəlik tələbatlardır: süd almaq, pitsanı çatdırmaq... Amma
bir sifariş heç yadımdan çıxmır. Bir qız ən ucuz tərlik alıb Sahil bulvarına gətirməyi xahiş etdi. Mən
ünvana çatanda qız skamyada ayaqyalın oturub gözləyirdi. Sən demə, yeni geyindiyi çəkmələri
ayaqlarını elə möhkəm döyüb ki, piyada getmək iqtidarında olmayıb. Bununla belə, dostları ilə birgə
başladığı gəzintisini yarımçıq kəsmək istəməyib. Bu səbəbdən, mən standartdan kənar sifarişlə
rastlaşanda, həmişə ona yumor hissi ilə yanaşıram: mağazaya özü gedə bilməyən insanın hansı
vəziyyətə düşdüyünü necə bilərsən ki, – “Maxim” xidmətinin kuryerlərindən biri danışıb.


Digər xəbərlər

0.26702499389648