Premyer Liqada 13-cü tur başlayır

16:07 10-11-2023 | icon 1945
Premyer Liqada 13-cü tur başlayır

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura start veriləcək.

İlk gündə bir görüş baş tutacaq.

“Araz-Naxçıvan” “Dalğa Arena”da “Kəpəz”i sınağa çəkəcək. Bir neçə gün öncə Azər Məmmədovla yollarını ayırmış Gəncə təmsilçisi bu oyuna baş məşqçisiz çıxacaq.

 
 
 

“Neftçi” – “Sumqayıt” və “Turan Tovuz” – “Sabah” oyunları sabah, “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” görüşləri isə noyabrın 12-də baş tutacaq.

Azərbaycan Premyer Liqası

13-cü tur 10 noyabr “Araz-Naxçıvan” – “Kəpəz”

Bakı. “Dalğa Arena”, 19:00.


Digər xəbərlər

0.22070097923279