Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri

01:11 12-11-2023 | icon 1067
Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri

Milli Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev siyasi sistemdə mövcud olan boşluğu doldurmaq üçün çox çətin fəaliyyətə girişdi. Tezliklə  müstəqil cəmiyyət quruculuğu prinsiplərini özündə ehtiva edən Əsas Qanun yaradılmalı idi. Ulu öndərimizin şəxsi təşəbbüsü və rəhbərliyi ilə bu çətin işə başlanıldı və dərin siyasi təfəkkürün məhsulu olan Milli Konstitusiya 1995-ci ilin noyabr ayında ümumxalq səsverməsi ilə meydana gəldi.  O zamandan Əsas Qanun öz bəhrələrini verməkdədir. Elə bunun üçün də biz hər şeydən əvvəl Ulu Öndərimizə həmişə borcluyuq. 

“Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” – deyən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyər¬lərin¬dən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Konstitusiya layihəsi hazırlandıq¬dan sonra cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə onun açıq müzakirələrinin keçirilməsi bu ümumxalq əhəmiyyətli sənə¬din ən təkmil formada ərsəyə gətirilməsinə şərait yaratmışdır. Bütün müzakirələrin nəticəsi olaraq 1995-ci il noyabrın 12-də ümum¬xalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunmuşdur.

Ulu öndərin müəllifi olduğu Konstitusiyanın qəbul edilməsi xalqımızın dövlət müstə¬qil¬liyi tarixində konstitusionalizm məfkurəsini əks etdirən hadisə idi. Bununla ölkəmizin və xalqımızın dövlətçilik tarixinə yeni bir səhifə yazıldı, dahi rəhbər Heydər Əliyevin uzunmüddətli gərgin əməyinin məhsulu olan konstitusiya öz demokratikliyi, humanistliyi ilə seçilərək ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı.

Aydın Hüseynov,

Cəlilabad rayonu, siyasi şərhçi


Digər xəbərlər

0.27141690254211