Müstəqil dövlətin Konstitusiyası iftixarımızdır

01:13 12-11-2023 | icon 1126
Müstəqil dövlətin Konstitusiyası iftixarımızdır

Ulu Öndər Heydər Əliyevin uzunmüddətli gərgin əməyinin məhsulu olan Konstitusiya öz demokratikliyi, humanistliyi ilə seçilərək ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı, xalqımızın demokratik dövlət qurmaq və dünya arenasında layiqli yer tutmaq istəyini nümayiş etdirdi. Məhz bu tarixi hadisədən sonra Azərbaycanda hüquqi islahatlara başlanıldı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəinki Azərbay­canın müstəqilliyinin qorunub saxlanmasında, həm də onun dövlətçiliyinin xilasında müstəsna rol oynadı.Ümummilli lider öz qətiyyəti, dərin zəkası, zəngin dövlətçilik təcrü­bəsi və böyük siyasi nüfuzu sayəsində xilaskarlıq missiyasına başladı. Təsadüfi deyil ki, 1995-ci il iyunun 5-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı.

         “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” – deyən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyər­lərin­dən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Konstitusiya layihəsi hazırlandıq­dan sonra cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə onun açıq müzakirələrinin keçirilməsi bu ümumxalq əhəmiyyətli sənə­din ən təkmil formada ərsəyə gətirilməsinə şərait yaratmışdır. Bütün müzakirələrin nəticəsi olaraq 1995-ci il noyabrın 12-də ümum­xalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunmuşdur.

Biz, Əsas Qanunumuz qəbul olunduqdan sonra işlərimizi yenidən təşkil edərkən onun müddəalardan xeyli bəhrələndik, Ulu Öndərimizin hər şeyə qadir siyasətini yeni bir qüvvə ilə davam etdirdik, dövlətimizin siyasi əsaslarının daha da möhkəmləndirilməsi, vətəndaşların təfəkkürünün inkişaf etdirilməsi, siyasi-mənəvi tərbiyə sahəsində irəliyə doğru ciddi addımlar atdıq və bir-birinin ardınca uğurlar qazandıq, qələbələr əldə etdik.

 

Elvin Əliyev,

Cəlilabad rayon Sərhədabad kənd

tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.33412408828735