İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi

11:43 13-11-2023 | icon 1038
İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi

Noyabrın 8-də Azərbaycan təntənəli şəkildə əzəli düşmən üzərində Qələbənin üçüncü ilini qeyd etdi. Həmin gün Bakının müxtəlif küçə və prospektlərində, Gəncə, Bərdə, Füzuli, Laçın və Zəngilan rayonlarında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri oldu. Xalqımız böyük qürur və fərəh hissi ilə şanlı Qələbənin üçüncü ildönümünü bayram etdi. Qələbə gününü ən yaddaqalan hadisəsi isə çoxdan səbirsizliklə gözlədiyimiz bir hadisə azad edilən Xankəndidə əzəmətli paradın keçirilməsi oldu.

Ordumuz Şuşanı azad edəndən bir gün sonra Ermənistan kapitulasiya aktına imza atdı. Ağdam, Kəlbərcər, Laçın 1 güllə atılmadan azad edildi. Müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlahm Əliyevin dediyi kimi: “44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyinə və təcrübəsinə ancaq heyran olmaq olar. Xankəndindəki paradda Azərbaycan Silahlı Qüvvələri tərəfindən qənimət kimi götürülmüş erməni hərbi texnikasının bir hissəsi nümayiş etdirildi. Bu, bizə “mülki əhali”nin deyil, yaxşı silahlanmış erməni qeyri-qanuni birləşmələrinin müqavimət göstərdiyini daha bir nümayiş etdirmək üçün vacib idi. Onlar hətta 44 günlük müharibə başa çatdıqdan sonra da həm Ermənistan rəhbərliyi, həm də dünya erməniləri tərəfindən maliyyələşdirilməyə və silahlanmağa davam etdilər. Qarabağ xuntası özünü dağıtdı, onun keçmiş rəhbərləri Bakıdadırlar və ədalətli məhkəməni gözləyirlər. Xankəndində isə Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komndanı İlham Əliyev Qələbə Gününə həsr olunmuş hərbi paradı qəbul etdi.

Pənahova Arzu

Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

 

 

 


Digər xəbərlər

0.24631500244141