AMADA-nın icraçı direktoru elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Noyabrın 14-də Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə Çexiyanın paytaxtı Praqada Karl Universitetinin Bədən tərbiyəsi və idman fakültəsinin katibi Radim Zelenko ilə görüşüb.
AMADA-nın rəsmisi görüşdə elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi təşəbbüsü ilə çıxış edib.
Görüşdə idmanda dopinqlə mübarizə sahəsində təhsil siyasəti paradiqmasına yenidən baxılması və uzunmüddətli əməkdaşlığın qurulması imkanları müzakirə olunub.
Müzakirələr zamanı həm Azərbaycan, həm də Çexiya idmançılarının fərdi ehtiyaclarını ödəməyə qadir olan inklüziv təlim mühitinin yaradılmasının vacibliyi vurğulanıb. Tərəfdaşlıq həm idmançıların özlərini, həm də onların yardımçı heyətini (məşqçilər, həkimlər, fizioterapevtlər və s.) əhatə etməklə, təmiz idman sahəsində təhsilin yüksək səviyyədə saxlanmasına və etik dəyərlərin formalaşdırılmasına yönəlib.
Görüşdə antidopinq sahəsində birgə təlim və tədqiqat proqramlarına başlanılması barədə razılıq əldə olunub. Bu əməkdaşlıq Praqadakı Karl Universiteti ilə AMADA arasında təcrübə mübadiləsini nəzərdə tutur ki, bu da təhsil komponentini daha diqqətli və effektiv edəcək.
Görüş Azərbaycan Milli Antidopinq Agentliyinin təhsil siyasətinin yenilənməsi istiqamətində həlledici addımları ifadə etməklə yanaşı, iki ölkə arasında idmanda dopinqdən istifadəyə qarşı birgə mübarizəyə yönəlmiş təlim və tədqiqatlar sahəsində əməkdaşlığı gücləndirəcək.
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...