Sərbəst və yunan-Roma güləşi üzrə XV Universiada keçirilib
14-15 noyabr 2023-cü il tarixində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının, Azərbaycan Elm və Təhsil Nazirliyinin dəstəyi və Gənclik Tələbə İdman Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə ali təhsil müəssisələri arasında XV Universiadanın proqramına daxil olmuş yarış keçirilib.
Tədbir Universiadaya təşkilatı dəstək verən Azərbaycan Memarlıq və İnşaat Universitetinin İdman Kompleksində baş tutub. Əvvəlcə yarışların açılış mərasimi keçirilib. Mərasim dövlət himni ilə başlayıb. Daha sonra Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi yad edilib.
Yarışın təşkilatçıları tələbə idmançılara uğurlar arzu edib. İki gün keçən mübarizədə 100-dən çox tələbə idmançı öz qüvvəsini sınayıb. Yarışların nəticəsinə görə hər iki növdə komanda hesabında Azərbaycan Memarlıq və İnşaat Universitetinin pəhləvanları qalib olublar. 2-ci, 3-cü yerləri isə müvafiq olaraq Azərbaycan Dövlət İqtisadiyyat və Azərbaycan Texniki Universiteti bölüşüblər.
Sonda yer tutmuş idmançılar təşkilat komitəsi tərəfindən diplom və medallarla təltif olunublar.
-
Aprelin 9-da imtahan verəcək şagirdlərin nəzərinə!
...
-
Müəllimlər maaş artımını yaxın günlərdə alacaq - Rəsmi
...
-
Talış kəndində ilk dərs keçirilib - Fotolar
...
-
ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi davam edir - FOTOLAR
...
-
Məktəblərdə bayram tətili bu tarixdən başlayır
...
-
Emin Əmrullayev BŞTİ-də struktur dəyişikliyi etdi
...
-
AHİK Təhsilin İnkişafı Fonduna 10 000 manat ianə edib
...
-
“2-3 ilə müəllimlərin orta maaşı 1000 manatdan çox olacaq”
...
-
Müəllimlərin maaşı artırıldı - Sərəncam
...
-
Məktəblərdə yeni şagird davranış qaydalarının tətbiqinə başlanıldı
...