AHİK-də ali məktəb tələbələrinə adlı təqaüdlər təqdim edilib

18:47 16-11-2023 | icon 834
AHİK-də ali məktəb tələbələrinə adlı təqaüdlər təqdim edilib

Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının
nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
(ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan
tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər
siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər
siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK
tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil
olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür.
Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının
gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika
Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz
yeməklə təmin olunur.
Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar
ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı
təqaüdü təqdim edilib.
Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın
artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib.
O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının
nəticələrinə görə uğur əldə etmiş 2849 nəfər tələbə bu təqaüddən
yararlanıb.


Digər xəbərlər

0.28029799461365