Bu gün Belçika - Azərbaycan matçı var

11:13 19-11-2023 | icon 844
Bu gün Belçika - Azərbaycan matçı var

Bu gün Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində son oyuna çıxacaq.

 Canni De Byazinin komandası 10-cu turda səfərdə Belçika ilə qarşılaşacaq.

Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Belçika artıq Avro-2024-ün seçmə mərhələsinə vəsiqəni təmin edib. Komanda F qrupunda 17 xalla 2-cidir. Azərbaycan yığması isə 7 xalla 4-cü sıradadır.

 
 

Avro-2024, seçmə mərhələ, 10-cu tur

19 noyabr

21:00 Belçika - Azərbaycan

Baş hakim: Georg Boqar (Macarıstan)


Digər xəbərlər

0.23792004585266