Səttar Möhbalıyev: “YAP Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət ruhunda daim inkişaf edir”

19:20 21-11-2023 | icon 1361
Səttar Möhbalıyev: “YAP Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət ruhunda daim inkişaf edir”

“Azərbaycan xalqının atdığı tarixi addımlardan biri məhz Ulu Öndər Heydər
Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasını yaratması oldu. Bu
elə bir dövr idi ki, xalqımız taleyinin ən ağır və kövrək günlərini yaşayırdı.
Demək olar ki, sabaha olan bütün ümidlər sarsılmışdı, ölkə rəhbərliyinə heç bir
inam qalmamışdı. Xalqımız min bir əziyyətlə sahib olduğu müstəqilliyinin
itirilməsi, dövlətinin parçalanması təhlükəsi ilə bilavasitə üz-üzə qalmışdı.
Həmin ağır dönəmlərdə yalnız öz dövlətini və xalqını düşünən, tərəqqipərvər,
aydın fikirli ziyalılarımız, ölkəmizin nüfuzlu şəxsiyyətləri yegənə çıxış yolunu
Heydər Əliyevdə gördülər. Məhz onların təşəbbüsü ilə yaradılan Yeni
Azərbaycan Partiyasına rəhbərlik Ulu Öndərə tapşırıldı və bununla
Azərbaycanın uğurlu gələcəyinin əsası qoyuldu. Bu siyasi təşkilatın yaradılması
zərurətdən doğub və xalqımızın iradəsinin məhsuludur”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Partiya qısa müddətdə cəmiyyətimizin əsas aparıcı
qüvvəsinə və inkişaf etmiş siyasi təşkilata çevrildi: “Az zaman kəsiyində sıraları
durmadan genişləndi, Vətəninin bütövlüyünü, dövlət müstəqilliyinin
möhkəmlənməsini, xalqının rifahını arzulayan insanlar partiyanın ətrafında
cəmləşdi, onun liderinin hər bir qərarına ürəkdən dəstək verdilər. Hadisələrin
sonrakı gedişi göstərdi ki, məhz xalqımızın həmin vaxt verdiyi müdrik qərar
bugünkü uğurlarımızın təməlini təşkil edir. Ulu Öndər Heydər Əliyev peşəkar
rəhbərliyi ilə müasir müstəqil Azərbaycan dövlətini yaratdı, ölkədə siyasi
sabitlik, əmin-amanlıq bərqərar oldu. Bir sözlə, Partiya müəyyən etdiyi
proqramını ləyaqətlə həyata keçirdi. Yetişən yeni nəsillər, fəal gənclər YAP-nin
uğurlarını görərək, xalqımızın taleyində oynadığı rolu dərk edərək bu siyasi təşkilata dərin inamlarını ifadə edir, ölkəmizin gələcək inkişafı naminə onun sıralarına daxil olurlar”.
“Cənab İlham Əliyev sədr seçildikdən sonra Ulu Öndər Heydər Əliyevin siyasi
irsinə sadiqlik əsasında Yeni Azərbaycan Partiyası daha da inkişaf etdi,
dövlətimiz və xalqımızın taleyində böyük uğurlara imza atdı. Bu gün müstəqil
dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi
və sosial ədaləti özünün əsas prinsiplərinə çevirən YAP Vətəninə, xalqına
ürəkdən bağlı olan, hüquqi dövləti, sabit və sosialyönümlü iqtisadiyyatı,
vətəndaş cəmiyyəti qurmaq ideyalarını dəstəkləyən insanlarımızı öz ətrafında
birləşdirərək Azərbaycanın parlaq gələcəyi naminə uğurla irəliləyir. Hazırda
Azərbaycan yerləşdiyi coğrafiyanın əsas aparıcı ölkəsi hesab olunur, dünyada
böyük söz sahibidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi
nəhəng enerji layihələri, irəli sürdüyü qlobal xarakterli təşəbbüslər beynəlxalq
ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Bu gün dünya
xəritəsində hərtərəfli inkişaf etmiş, iqtisadi qüdrəti durmadan artan, Ordusu
dünyanın ən güclü orduları sırasında yer alan güclü Azərbaycan var. Bu
nailiyyətlərin arxasında Prezident İlham Əliyevin səmərəli fəaliyyəti, fədakar
əməyi, gərigin zəhməti, dövlətinə və xalqına sonsuz sevgisi dayanır”, - Milli
Məclisin deputatı deyib.


Digər xəbərlər

0.29664397239685