Kəlbəcərin işıqlı gələcəyinə inanırıq

14:04 23-11-2023 | icon 782
Kəlbəcərin işıqlı gələcəyinə inanırıq

        İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu tarixi uğurumuz gözü götürməyən qüvvələrın Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi də Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Bunlar gözlənilən hallardır, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır. Amma bütün çirkin hekayələrin Şəhər gününü böyük qürur hissi ilə qeyd edən xalq üçün heç bir mənası yoxdur.

          “İkili standartlar” siyasətinin təzahürü burada da özünü göstərirdi. . BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Baş verənlər bir daha göstərmişdir ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.

Kəlbəcərin parlaq gələcəyinə inam hər bir vətəndaşımızın qəlbində möhkəm yer tutmuşdur. Rayonu ərazisi xeyir-bərəkətlidir. Bu torpaq  faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom civə, tellur, selen və s. kimi yataqlarla zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir.Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri - sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən talan edilib.

Eyni zamanda, Azərbaycanın bir neçə böyük çayın mənbəyi Kəlbəcər rayonundadır. Bu çaylar böyük ərazini qidalandırırdı. İşğal dövründə Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarına və oradan da Suqovuşan su anbarına yığılırdı. Bu da işğalçının maraqlarını təmin edirdi.  Suqovuşan qəsəbəsi azad edildikdən sonra artıq 100 min hektar əraziyə suyun verilməsi nəzərdə tutulur.

Kəlbəcər rayonun enerji potensialı da diqqəti cəlb edir. Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Kəndlərin sakinləri deyirlər ki, bütün sahələrdə xeyli mənfəət əldə edəcək ki, bu da doğma yurdlara qayıdacaq insanları olduqca sevindirir.

 

Aqil Nəzərov,

Vətən müharibəsi iştirakçısı


Digər xəbərlər

0.22146797180176