İraq Prezidentinin səfəri ölkəmizin Şərqdə strateji əhəmiyyətini bir daha təsdiqlədi    

09:26 24-11-2023 | icon 654
İraq Prezidentinin səfəri ölkəmizin Şərqdə strateji əhəmiyyətini bir daha təsdiqlədi
 
 

Azərbaycan–İraq münasibətləri qədim tarixi köklər əsasında inkişaf edib. Ortaq mədəniyyətə malik bu iki ölkə arasında hələ orta əsrlərdən xalqlararası əlaqələr qurulub. Sovet dönəmində belə qorunub-saxlanan bu əlaqələr müstəqillik illərində daha da möhkəmlənib.

        Azərbaycanın müstəqil dövlət kimi yürütdüyü xarici siyasət kursunda mühüm faktor olan İslam ölkələri sırasında İraq başlıca yerlərdən birini tutur. Ölkəmizin ərazi bütövlüyü məsələsində hər zaman respublikamızı müdafiə edən İraq Respublikası Zəfər savaşı günlərində və ondan sonra da Azərbaycanın haqlı mövqeyinə dəstək verib. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə rəsmi Bağdadın dəstəyini qazanıb. Siyasi-mədəni əlaqələrlə yanaşı, son illər Azərbaycanla İraqarasında iqtisadi əlaqələr də inkişaf edib.

       İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri bu baxımdan iki ölkə arasında münasibətlərdə yeni səhifə açacağını zəruri edir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda vurğulayıb ki, İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.

          İraq Prezidentinin Azərbaycana səfərinin bundan sonrakı əlaqələrin inkişafına böyük töhfə verəcəyini bildirən dövlətimizin başçısı İlham Əliyev keçirilən səmərəli görüşlərdə bir çox məsələlərin müzakirə edildiyini və gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəlindiyini, bunun üçün bütün imkanların olduğunu söylədi. Gələcək əməkdaşlığa toxunan Prezident İlham Əliyev BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsindəki tədbirlərdə ənənəvi olaraq tərəflərin gələcəkdə də bir-birinə qarşılıqlı dəstək göstərəcəyini vurğuladı.

       Prezident İlham Əliyev mətbuata bəyanatında Ermənistan-Azərbaycan münaqişəsinin başa çatdığını, artıq bu problemin həll olunduğunu, Qarabağın işğaldan azad edilərək Azərbaycanın ayrılmaz hissəsi olaraq qaldığını və bütün bunlardan sonra sülhə yaxınlaşıldığını da bildirdi.

       Ölkə rəhbəri bəyanatında daha sonra Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı təkliflərin irəli sürüldüyünü və bütün əzab-əziyyətlərə, dağıntılara baxmayaraq, sülh müqaviləsinin zəruriliyini xatırlatdı. Əks təqdirdə, bölgədə təhlükələrin daha da arta biləcəyi ehtimalını söylədi.

      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə sənədlərin imzalanması əlaqələrin təməlinin möhkəmləndirilməsinə və genişləndirilməsinə yeni prespektivlər açır. Ümumiyyətlə bu səfər çərçivəsində gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirilib

Ələsgər Mirzəzadə,

ADPU Cəlilabad filialının müəllimi

 

 

 


Digər xəbərlər

0.24511003494263