Fransanın müstəmləkə siyasəti dünyaya məlumdur

09:31 24-11-2023 | icon 819
Fransanın müstəmləkə siyasəti dünyaya məlumdur

Prezident İlham Əliyevin cari ilin 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında deyilir ki, faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi.

Mətbuata bəyanatında Azərbaycanın 30 ilə yaxın çəkən işğala hərbi-siyasi yollarla son qoyduğunu, öz ərazi bütövlüyünü gerçəkləşdirdiyini, BMT-nin dörd qətnaməsini özü icra etdiyini bildirən Prezident İlham Əliyev həmin qətnamələrin adıçəkilən nüfuzlu təşkilatın özü tərəfindən icra edilməli olduğunu diqqətə çatdırdı. “BMT Təhlükəsizlik Şurasının islahatlarının labüdlüyü məhz buna əsaslanır. Çünki biz 30 ilə yaxın bu qətnamələrin icrasını gözləmişik, amma bunu görməmişik. Yəni, burada həm ikili standartlar hökm sürürdü, həm ayrı-seçkilik hökm sürürdü. Biz bu müharibəni apararaq işğala son qoyduq və ədaləti bərpa etdik. İndi isə azad edilmiş torpaqlarda qurub-yaradırıq və bütün dağıntıları görərkən bir daha görürük ki, biz Azərbaycanı və bölgəni hansı bəladan qurtardıq, – deyə dövlətimizin başçısı vurğuladı.

Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursunun ölkəmizin inkişafı və rifahına hesablanan konturlarında mühüm amil olan əməkdaşlıq və qarşılıqlı əlaqələr prinsipi bütün istiqamətlərdə respublikamıza uğur gətirməkdədir. Həm Avropa, həm də İslam ölkələri və təşkilatları ilə sıx əlaqədə olan Azərbaycan bu gün bütün dünyaya sülh və sağlam əməkdaşlıq örnəyinə və tərəfdaş ölkəyə çevrilib.

Prezident eyni zamanda dedi ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır.

 Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar.

İraq Prezidentinin Azərbaycana səfəri ölkəmizin Şərq regionunda strateji əhəmiyyətini bir daha təsdiqləmiş oldu. Eyni zamanda, bu səfər Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinə də əlavə dividend gətirdi.

Varid Əsgərov,

Cəlilabad RİH-in əməkdaşı

 

 


Digər xəbərlər

0.24407315254211