“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar

18:18 24-11-2023 | icon 953
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar

Həyata keçirdiyi davamlı və faydalı layihələri ilə cəmiyyətə töfhə verən “Nar” zəngin korporativ sosial məsuliyyət (KSM) təcrübəsini ADA Universitetinin tələbələri ilə bölüşdü. Təqdimat “Nar”ın KSM strategiyasının müəllifi, Korporativ Ünsiyyət departamentinin direktoru Əziz Axundov tərəfindən keçirildi.

Təqdimatda bizneslərin sosial məsuliyyəti mənimsəməsi, KSM strategiyasının yaradılması, müsbət fərq yaradan sosial layihələrin icrası və onların davamlılığının təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

Uğurlu model olaraq, “Nar”ın KSM strategiyasının əsas istiqamətləri – fiziki məhdudiyyətli şəxslərə dəstək, təhsilə və maarif və milli ənənələrin yaşadılması yönündə həyata keçirilən layihələr haqqında geniş məlumat verilib.

 
 

Xatırladaq ki, bir neçə ay öncə “Nar”ın “Azərbaycan işarə dilində ilk elektron lüğəti – jestdili.az” sosial layihəsi dünya üzrə ilin ən yaxşı KSM layihəsi kimi mükafata layiq görülmüşdü. Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Qızıl Dünya Mükafatı”na layiq görülən “Nar” bənzər mükafata 2019-cu ildə fiziki məhdudiyyətli şəxslər üçün keçirdiyi “Təlim məktəbi” sosial layihəsi ilə layiq görülmüşdü.

Cəmiyyətə faydalı və eləcə də, qlobal miqyasda tanınan sosial layihələri həyata keçirən “Nar”ın məqsədi həm də uğurlu KSM təcrübəsini gələcəyin biznes idarəedicilərinə tanıtmaq, onları sosial məsuliyyətli biznes strategiyası qurmağa təşviq etməkdir. Korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirilən layihələrlə nar.az/projects səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 







Digər xəbərlər

0.27156686782837