Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib - FOTOLAR

15:48 25-11-2023 | icon 1052
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib - FOTOLAR
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Abşeron rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində Ulu Öndərin unudulmaz xatirəsinə ağacəkmə aksiyası keçirilib.
 
Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisinə düşən hissəsində keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüququ-mühafizə orqanlarının, regional idarə və təşkilatların rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının, Abşeron RİH yanında İctimai Şuranın, Abşeron Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, müharibə iştirakçıları və təhsil kollektivləri iştirak edib. Bu il noyabr ayının əvvəlindən start götürən ağacəkmə kompaniyasında gənclər və Abşeron RİH könüllüləri də fəal şəkildə iştirak edib. 

Bir ay davam edən aksiya çərçivəsində 8 hektar ərazidə ölkəmizin iqlim şəraitinə uyğun 10 minə yaxın  eldar şamı və zeytun kimi həmişəyaşıl ağaclar əkilib. Əkilən hər bir ağacın küləkdən qorunması üçün bərkidilmə işləri həyata keçirilib, normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, yeni salınmış yaşıllıq zonasının daimi suvarılmasını təmin etmək məqsədilə suvarma şəbəkəsi qurulub. 

Bundan əlavə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə cari ilin yanvar ayından etibarən rayonun bütün kənd və qəsəbələrində mövsüm zamanı ağacəkmə aksiyaları keçirilib, yeni yaşıllıq sahələri salınıb, mövcud yaşıllıqlara isə daimi qulluq göstərilib.





 
 
 

Digər xəbərlər

0.22685813903809