Sıx əməkdaşlığa ünvanlanmış çağırışlar

17:07 27-11-2023 | icon 896
Sıx əməkdaşlığa ünvanlanmış çağırışlar

 

        Bildiyimiz kimi, noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib.

        Tədirdə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev söyləyib ki,  bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilib. Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq.

         . 2023-cü ildə də SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir. Görüşün məğzi birgə fəaliyyətin aktuallaşmasıdır. Region dövlətləri arasında bütün sahələrdə, xüsusilə, iqtisadi sahədə əlaqələrin gücləndirilməsi, genişləndirilməsi prioritetdir. Proqramın həyata keçirilməsi təmsil olunan dövlətlərin iqtisadi inkişafına səbəb olacaq. Bu məsələdə Azərbaycanın təşəbbüsü, rolu danılmazdır. Zirvə toplantısının Azərbaycanda keçirilməsi Azərbaycanın aparıcı rol oynamasına bir işarədir. Və son 15-20 il ərzində Azərbaycan çox önəmli beynəlxalq tədbirlərin keçirildiyi bir məkan kimi seçilib və sözügedən görüş həm də Ermənistan üçün bir dərsdir, mesajdır ki, düşmənçilikdən əl çəksələr, bu əməkdaşlığa qoşula bilərlər.

Dövlətimizin başçısı deyib: “Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. "Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Dəvətə görə bir daha təşəkkür edirəm. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm".

Dövlətimizin başçısı Zirvə görüşündə vurğulayıb ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar: Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. BMT-nin himayəsi altında SPECA Etimad Fondunun təsis olunmasını təqdirəlayiq addım hesab edirik. Azərbaycan bu Fonda 3,5 milyon ABŞ dolları ayıracaq.

Zirvə görüşündə Gürcüstanın və Macarıstanın baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının baş katibi fəxri qonaqlar qismində iştirak ediblər. Əminik ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.

Elnur Atakişiyev,

Lənkaran-Astara Regional Mədəniyyət İdarəsinin

Cəlilabad nümayəndəliyi


Digər xəbərlər

0.25710701942444