Mundialın təşkilat komitəsinin nümayəndəsi: "Qalib gəlmək üçün bütün gücümüzlə mübarizə aparacağıq”

21:25 28-11-2023 | icon 683
Mundialın təşkilat komitəsinin nümayəndəsi:

"Qalib gəlmək üçün bütün gücümüzlə mübarizə aparacağıq”.

Bunu Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı ilə əlaqədar mətbuat konfransında yarışın təşkilat komitəsinin nümayəndəsi, polkovnik Elşən Mirzəyev bildirib.

O, yarışla bağlı bütün işlərin yüksək səviyyədə təşkil olunduğunu söyləyib: “Dünya çempionatında rəsmi qonaqlar, o cümlədən Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyi, yüksək rütbəli hərbçilər və beynəlxalq idman aləminin tanınmış simaları iştirak edəcəklər. Ümumilikdə 400-dən artıq nümayəndə burada olacaq”.

Mundialın təşkilat komitəsinin nümayəndəsi mübarizəyə təkcə Dövlət Sərhəd Xidmətinin deyil, bütün Silahlı Qüvvələrin idmançılarının qatılacağını vurğulayıb: “Millimiz bir aydan çoxdur ki, təlim-məşq toplanışındadır. Qalib gəlmək üçün bütün gücümüzlə mübarizə aparacağıq”.

Qeyd edək ki, sabah “Sərhədçi” İdman Mərkəzində start götürəcək yarış dekabrın 3-də başa çatacaq. 36-cı dünya çempionatında 18 ölkədən 222 idmançı (176 kişi, 46 qadın) mübarizə aparacaq.


Digər xəbərlər

0.26045703887939