Azərbaycan basketbol millisinin yeni baş məşqçisi açıqlandı

18:58 06-12-2023 | icon 621
Azərbaycan basketbol millisinin yeni baş məşqçisi açıqlandı

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Tahir Baxşıyev bu posta təyin olunub.

Hazırda “NTD-İndiqo” klubunu çalışdıran mütəxəssis eyni anda yığmaya da rəhbərlik edəcək. “Neftçi”nin baş məşqçisi Anar Sarıyev isə yığmada birinci köməkçi məşqçi funksiyasını yerinə yetirəcək.

Bundan başqa, millinin məşqçilər korpusunda ispaniyalı Alberto Blanko da yer alacaq. Sonuncu dəfə İspaniyanın ikinci liqa klubu “Kaseres”də əsas menecer və idman direktoru postunda çalışan A.Blanko ikinci köməkçi məşqçi olacaq.

53 yaşlı ispaniyalının əsas vəzifələrindən biri rəqib komandaların oyunçularını dərindən təhlil etmək və yerli məşqçilərlə birlikdə onlara qarşı əks-həmlələr hazırlamaq olacaq.

Qeyd edək ki, yeni məşqçilər korpusunun ilk sınağı 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsinə təsadüf edəcək. Komandamız 2024-cü il fevralın 22-də İsveçrə ilə qarşılaşacaq.


Digər xəbərlər

0.24977207183838