Qardaşlıq münasibətlərin rəmzi

17:16 08-12-2023 | icon 392
Qardaşlıq münasibətlərin rəmzi

Tarixi Qələbəmizdən dərhal sonra keçirilmiş Zəfər Paradını Azərbaycan Silahlı
Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan qəbul etmişdir. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi
beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Vətən müharibəsinin ilk saatlarından
etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi.
Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan
xalqı Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini
müəyyən etmiş həlledici amillərdən biridir. Türkiyə Prezidentinin ilk saatlardan
Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt
açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi
siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların
iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının bir əyani nümayişi oldu.
Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı
dərindən qürurlandırdı. Bütün dünya bir daha gördü ki, ulu öndərlər Heydər Əliyevin
dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin Mustafa Kamal
Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin
yanındadır.
Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı
əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük
uğurlar qazanaraq tarix yazacaq. Bütün dünya bir daha gördü ki, Azərbaycan və
Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Bu gün biz
birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza,
eyni zamanda, bütün dünyaya göstəririk”, - deyə Prezident İlham Əliyev paradda
çıxışı zamanı bildirdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə
öz hiss və duyğularını belə bəyan etdi: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz
illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz
bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir
yerə çevirmək üçün mübarizə aparmaqdır.”
İki qardaş liderın Zəfər paradını izləməsi, ölkələrimiz və vətəndaşlarımız
arasındakı dostluq və qardaşlığın daha bir əyani təzahürü oldu. Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin paraddakı nitqindı vurğuladığı kimi, dağılmış,
yandırılmış evlər, viran qoyulmuş kənd və şəhərlər erməni vəhşiliyinin canlı
şahidləridir. Ancaq Azərbaycan vətəndaşları yenə də bu tarixi torpaqlarımızda
yaşayacaq, qurub-yaradacaqlar. Bu evlərdə, bu ərazilərdə yaşayacaq insanlarımızın
Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz
gülüstana çevriləcək. Bu gün bizi sevindirən həm də odur ki, türkiyəli qardaşlarımız
hazırkı quruculuq işlərində, Qarabağı dirçəltməkdə yenə də bizim yanımızdadırlar,
insanların uzun illərdəki həsrətinə son qoymaq cəbhəsində əllərindən gələni
əsirgəmirlər.

İsmayıl Aslanov,
Günəşli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin
Baş məsləhətçisi-baş mühasibi


Digər xəbərlər

0.21276521682739