Qalib sərkərdə, Ali Baş Komandan üçün qürur duyuruq

17:20 08-12-2023 | icon 772
Qalib sərkərdə, Ali Baş Komandan üçün qürur duyuruq

2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradı xatirimizdən heç vaxt
silinməyəcək. Bu hadisə parlaq şəkildə göstərdi ki, Vətən müharibəsində əldə
olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir.
Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Nəticədə
Vətənə və öz əsgər andına sadiq olan qəhrəman Azərbaycan hərbçilərimizin şücaəti,
rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın
şanlı qələbəsinin şahidi oldu. Əsgərlərimizin yüksək döyüş ruhu və əzmkarlığı bizə
qələbə qazandırdı, dövlətimiz də onların qədrini həmişə bilmiş, zəhmətlərini layiqincə
qiymətləndirmişdir.
Güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Prezident İlham Əliyevin
rəhbərliyi ilə daxili və xarici siyasətdə mühüm uğurlar qazanan, regionda və dünyada
nüfuzu artan Azərbaycanın inkişaf modelinə beynəlxalq maraq artmaqdadır.
Azərbaycanın inkişafı ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə bərabər, həm
də regional və qlobal əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, dünyanın nüfuzlu
ekspertləri, siyasi xadimləri, ayrı-ayrı nəşrlər Prezident İlham Əliyevin həyata
keçirdiyi daxili və xarici siyasəti yüksək qiymətləndirirlər.
Sentyabrın 27-də faşist Ermənistanın növbəti təxribatından və onların bütün
cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından
dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində başlanan Vətən Müharibəsi
Ali Baş Komandanımızın diplomatie siyasəti, Güclü Ordumuzun və rəşadətli əsgər və
zabitlərimizin igidliyi ilə düz 44 gün ərzində 30 il işğal altında olan həsrətində
olduğumuz torpaqlarımız özümüzə qaytarıldı. Bu xalq-iqidar-ordu birliyinin, xalqın,
ordunun öz Liderinə inamının qələbəsidir. Çünki Ali Baş Komandanın apardığı
diplomatik siyasət düzgün siyasətdir, ölkə Prezidentimizin uğurlu siyasəti haqq işidir!
Ali Baş Komandanın əmrini icra etmiş Azərbaycan Ordusu və rəhbərin ətrafında
birləşmiş xalq. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın
əmrini və Qələbə gününü gözləyirdi.
Bir sözlə, 44 günlük Vətən Müharibəsi bir daha Prezident İlham Əliyev
cənablarının dünya miqyasında Lider siyasətçi olduğunu bir daha göstərdi. 44 günlük
Vətən Müharibəsinin Qələbə sevincimizi nümayiş etdirən Zəfər paradı bunun
sübutudur. Çox sevindirici haldır ki, hazırda Qarabağ yenidən qurulur, ən yeni
texnologiyalar, qadir əmək burada tətbiq olunur və bəhrəsini də verir.
Bu gün iftixarla deyə bilərik ki, cənab İlham Əliyevin komandanlığı altında
Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ
yenilikləri tətbiq edən ordudur. Vətən müharibəsində apardığımız azadlıq mübarizəsi
zamanı silah-sursatını qoyub qaçan, fərarilik edən işğalçı Ermənistan ordusuna
məxsus xeyli texnika və silah-sursat hərbi qənimət olaraq götürülüb. Bakının Azadlıq
meydanından keçən hərbi texnikaların sırasında vaxtilə Ermənistana məxsus olan
texnikaların da yer alması sevindirici məqam idi. Bu, hər birimizdə qalib sərkərdəyə
ünvanlanmış qürur və iftixar doğururdu.

Vahid Mirzəyev,
Cəlilabad RİH-nin şöbə müdirin müavini


Digər xəbərlər

0.2486310005188