İlham Əliyevin Aleksandar Vuçiçlə təkbətək görüşü olub

09:54 11-12-2023 | icon 438
İlham Əliyevin Aleksandar Vuçiçlə təkbətək görüşü olub

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin serbiyalı həmkarı Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.

Bununla bağlı Prezidentin Mətbuat Xidməti də məlumat yayıb. 

 

Niş şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti qeyd edilərək, Azərbaycanın Avropanın qaz təchizatına verdiyi töhfə xüsusi vurğulanıb.

Dövlət başçısı Serbiya Prezidentini Azərbaycana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

 


Digər xəbərlər

0.27028298377991