Zaman göstərdi ki, Azərbaycan düzgün siyasət aparıb

11:20 11-12-2023 | icon 257
Zaman göstərdi ki, Azərbaycan düzgün siyasət aparıb

Prezident İlham Əliyev cari ilin 6 dekabr tarixində “Qarabağ: 30 ildən sonra evə
dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışı zamanı bildirdi ki, Azərbaycan
təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi. Lakin,
təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi. Regionda
vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır.
Qarabağda dırnaqarası hakimiyyəti inhisara götürmüş adamlar sülh ilə bağlı olan
bütün təşəbbüsləri boğurdular. Cənab Prezident onu da qeyd etdi ki, iki hadisə baş
verdi ki, bu, bizim üçün sonuncu, qırmızı xəttin keçilməsi demək idi. Birincisi,
Ermənistanın baş nazirinin dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası
müstəqilliyi münasibətilə təbriki idi ki, bu, Ermənistanın baş nazirinin dedikləri və
imzaladığı ilə tam ziddiyyət təşkil edirdi. Çünki keçən ilin oktyabrında Ermənistanın
baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır və həmin ruhda olan
çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik göndərmək tamamilə qəbuledilməz
və ziddiyyətli idi. İkinci və sonuncu qırmızı xətt isə həmin hadisədən bir həftə sonra
dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası prezidentinin seçkiləri idi ki,
bu da İkinci Qarabağ müharibəsindən sonra əldə olunmuş şifahi razılıqların tamamilə
pozulması oldu. Bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki,
suverenliyimizi bərpa edək. - İndi biz bir neçə beynəlxalq çağırışla üz-üzəyik.
Təəssüflər olsun ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq
görürük. Beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv
yanaşmaya yol vermək olmaz. Azərbaycan etdiyini BMT Nizamnaməsinin
özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Azad olunmuş ərazilər
şəhərlərin inşası baxımından yeni yanaşma nümayiş etdirəcək. Əsas məsələ keçmiş
məcburi köçkünlər üçün yaxşı şərait və iş yerləri yaratmaqdır. Azərbaycan
reinteqrasiya ilə bağlı bütün lazımi təşəbbüslərlə çıxış etmişdir. Reinteqrasiyaya dair
elektron portal yaratdıq ki, orada Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəs
qeydiyyatdan keçə bilər. Onlara təklif etdiyimiz bütün hüquqlarla bağlı əlavə
məsləhətləşmələr də aparılacaqdı. Onlara təklif etdiklərimizin hamısı tamamilə
qəbuledilən idi və ən yaxşı təcrübəyə əsaslanırdı – milli azlıqlarla bağlı Avropa
Konvensiyası, dil ilə bağlı Avropa Konvensiyası, ana dilində təhsil, dini hüquqlar,
mədəni hüquqlar, bələdiyyə hüquqları. Onlara bələdiyyə seçkiləri vasitəsilə
nümayəndələrini seçmək təklif edildi. Zaman göstərdi ki, Azərbaycan düzgün siyasət
aparıb. Ordumuzu qurduq, digər çoxsaylı təhlükəsizlik infrastrukturu yaratdıq və
hərbçilərimiz üçün çoxlu təlimlər təşkil etdik. Bu olmasaydı, biz hələ də ermənilərlə
bilinmir nədən danışmağa davam edəcəkdik. Azərbaycan regiona sülhü müharibə ilə
gətirib. Ölkəmiz sübut etdi ki, münaqişənin hərbi yolla həlli var. Sözügedən fakt
Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir.
Münaqişə həll olunub. Münaqişə üç il əvvəl, biz işğal olunmuş ərazilərin böyük bir
hissəsini azad edəndə həll olunmuşdu. Suverenliyimizin bərpası isə, sadəcə, zaman
məsələsi idi.

Sədafər Hüseynov
Saatlı Rayon Ağsaqqallar Şurasının sədri


Digər xəbərlər

0.26267504692078