Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin fikirləri hər zaman beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib”

15:14 11-12-2023 | icon 951
Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin fikirləri hər zaman beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib”

“Bütün sahələrdə davamlı inkişaf yolu tutan, xüsusilə iqtisadi sahədə böyük nailiyyətlərə
imza atan, nəhəng enerji layihələrinin təşəbbüskarı olan Azərbaycan bu gün tam müstəqil
siyasət yürüdür, qlobal mövqelərini durmadan yüksəldir. Ölkəmizin inkişaf göstəriciləri
bir daha sübut edir ki, bəzi dövlətlərin 200 ildə əldə etdiyi nailiyyətləri biz son 20 ildə
qazanmışıq. 2003-cü ildən bu tərəfə ümumi daxili məhsulun dörd dəfə, dövlət büdcəsi
gəlirlərinin 30 dəfədən çox, xarici ticarət dövriyyəsinin isə 10 dəfədən çox artması,
ölkəmizə 300 milyard ABŞ dolları həcmində sərmayə qoyulması dediklərimizin bir daha
təsdiqidir. Bütün bu uğurların müəllifi olan dövlətimizin başçısı cənab İlham Əliyev
“Euronews” televiziyasına verdiyi müsahibəsində ölkəmizin keçdiyi inkişaf yoluna nəzər
saldı, reallaşdırdığı layihələrdən və onların əhəmiyyətindən, həmçinin qarşıda görüləcək
işlərdən bəhs etdi. Öncə onu deyim ki, Prezident İlham Əliyevin dünyanın nüfuzlu media
orqanlarına müsahibələri, eləcə də müxtəlif platformalarda etdiyi çıxışlar beynəlxalq
ictimaiyyətin hər zaman diqqətində olur. Hətta Vətən müharibəsi gedən vaxt və ondan
sonrakı dövrdə verdiyi müsahibələr dünyada ən çox izlənilənlər sırasında idi. Məntiqli
cavabları, tutarlı arqumentləri və dəyərli fikirləri ilə erməni yalanlarını üzə çıxardı,
iftiralarını iflasa uğratdı. Həm də beynəlxalq KİV, ekspertlər, politoloqlar mövzu üzrə
danışarkən birmənalı şəkildə cənab İlham Əliyevin müsahibələrindəki fikirlərinə istinad
edirdilər”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev səsləndirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev dünyanın ən nüfuzlu liderlərindəndir:
“Onun müəllifi olduğu reallıqlar regionda sülh və təhlükəsizliyə, əməkdaşlığa geniş yol
açıb, təşəbbüsləri ilə ərsəyə gələn layihələr Avropanın üzləşdiyi enerji böhranında yeganə
çıxış yolu hesab olunur. Müdrik siyasəti ilə Azərbaycanı dünya, o cümlədən region üçün
ən əhəmiyyətli ölkəyə çevirib. Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində dünya
ictimaiyyəti onun ədalətli mövqeyinə, humanist və demokratik yanaşmalarına şahid oldu.

Odur ki, cənab İlham Əliyevin müxtəlif aspektdə fikirləri hər zaman böyük maraq
doğurur və yüksək qiymətləndirilir”.
“Prezidentimiz “Euronews” televiziyasına müsahibəsində əsas dövlət xərcinin
istiqamətini qeyd etdi. Bu gün qarşımızda duran vacib hədəf işğaldan azad edilən Şərqi
Zəngəzurun və Qarabağın bərpasıdır. Dövlətimiz ötən qısa zaman kəsiyində bu
istiqamətdə böyük işlər görüb, böyük tikinti-quruculuq işləri həyata keçirib. Sakinlərin öz
yurdlarına dönməsi prosesi davam edir, 2026-cı ilin sonunadək 140 min sakinin
yerləşdirilməsi nəzərdə tutulub. İnanırıq ki, cənab İlham Əliyevin rəhbərliyi ilə
dövlətimiz bu işin öhdəsindən layiqincə gələcək və “Böyük Qayıdış” proqramını uğurla
yekunlaşdıracaq. Dövlətimizin başçısı Azərbaycanda bərqərar olan siyasi sabitliyə də
toxundu. Bununla bağlı bildirim ki, bu, bizim ən böyük nailiyyətimizdir. Çünki daxildə
sabitlik, birlik olmasa, heç bir inkişafdan, tərəqqidən söhbət belə gedə bilməz və bunu
müdrik xalqımız aydın dərk edir. Azərbaycanda mövcud olan sarsılmaz sabitlik,
həmrəylik nümunəvi xarakter daşıyır. Parlaq Qələbəmizlə sona çatan Vətən
müharibəsində dünya bunun bir daha şahidi oldu”, - Milli Məclisin deputatı deyib.
Səttar Möhbalıyev bildirib ki, Prezidentimiz Qarabağdan köçən ermənilərlə bağlı fikirlərə
aydınlıq gətirməklə onların iddialarının əsasız olduğunu göstərdi: “Bütün dünyaya
məlumdur ki, erməni sakinlər Qarabağı könüllü tərk ediblər. Onların qalıb yaşaması üçün
heç bir maneə yox idi. Azərbaycan dövlətinin Qarabağ erməniləri ilə bağlı verdiyi
bəyanatlar, həmçinin atdığı addımlar bunu bir daha sübut edir. Qayıtmaq istəyənlər üçün
elektron qeydiyyat portalı yaradılıb. Amma bundan fərqli olaraq Qarabağ hadisələri
başlayarkən soydaşlarımız Ermənistan ərazisindən məcburi şəkildə qovuldu, bir çoxu qətl
edildi, əmlakları talan olundu, mədəni-dini abidələrimiz məhv edildi. Təbii ki, bu
insanların da öz torpaqlarına qayıtmaq hüququ tanınmalıdır”.


Digər xəbərlər

0.28779602050781