YAP-ın prezident seçkilərində namizədi İlham Əliyev olacaq

15:30 12-12-2023 | icon 459
YAP-ın prezident seçkilərində namizədi İlham Əliyev olacaq

“Növbədənkənar prezident seçkiləri ilə əlaqədər idarə heyətinin tədbirlər planının işlənməsi yekunlaşmaq üzrədir”.

Bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

T.Budaqov bildirib ki, hakim Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq:

“Uzun illərdir hər kəs deyirdi ki, Qarabağı kim azad etsə o, bizim əbədi prezidentimiz olacaq. Düşünürəm ki, İlham Əliyev 20 illik fəaliyyəti və işğal olunmuş əraziləri azad etməklə bu titulu daşımağı qazanıb”.

O əlavə edib ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar yaxın günlərdə YAP İdarə Heyətinin iclası olacaq.


Digər xəbərlər

0.2905797958374