Azarkeşlər “Qarabağ”ın oyunu üçün bu tarixdə Xankəndiyə aparılacaq

16:14 12-12-2023 | icon 420
Azarkeşlər “Qarabağ”ın oyunu üçün bu tarixdə Xankəndiyə aparılacaq

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK görüşünün Xankəndi şəhər stadionunda keçiriləcəyi ilə bağlı xəbər vermişdik.

Oyunu canlı izləmək istəyən azarkeşlərin də Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib.

 
 
Bununla bağlı Bakı Metropoliteninin də iş sistemi dəyişdiriləcək. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil, 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” – MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır.

Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da “Koroğlu” metrostansiyasından Xankəndiyə yola düşəcək.


Digər xəbərlər

0.25736498832703