Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Abşeron rayonunda dərin ehtiramla yad edilib - Fotolar

16:27 12-12-2023 | icon 364
Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Abşeron rayonunda dərin ehtiramla yad edilib - Fotolar

Müstəqil Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anım günü Abşeron rayonunda da qeyd edilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, YAP Abşeron Rayon Təşkilatının, Abşeron RİH yanında İctimai Şuranın və Abşeron rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

 

Abşeron RİH-in başçısı Abdin Fərzəliyev çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərdən, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçiridiyi uğurlu siyasətdən danışıb. RİH başçısı qeyd edib ki, vaxt keçdikdə ümummilli liderin xalqımız üçün nə qədər böyük işlər gördüyü, dövlətimizin inkişafı, gələcəyimiz üçün nə qədər mükəmməl və uzaqgörənliklə düşünülmüş siyasi kurs müəyyənləşdirdiyi daha dərindən dərk edilir.

Daha sonra YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək bildiriblər ki, ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi milli birliyimizə, inkişafımıza, xalqımızın rifahına xidmət edib.

Qeyd edilib ki, Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Əsası Ulu Öndər tərəfindən qoyulan siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. Məhz ulu öndərin ideyalarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün biz bütöv Azərbaycanda yaşayır və işğaldan azad edilən torpaqlarımızda ümummilli lideri anıb, xatirəsini dərin ehtiramla yad edirik.

 

 







 

Digər xəbərlər

0.25863003730774