Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

16:34 12-12-2023 | icon 271
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilat və rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Cəlilabad və Göytəpə şəhərlərindəki Heydər Əliyev Parkında, həmçinin Alar kənd 1 saylı tam orta məktəbinin ərazisində yerləşən abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünün hərtərəfli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider rəhbərliyi ilə Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli Lider  Heydər Əliyevin xalqımız, dövlətimiz və tariximiz qarşısında xidmətləri misilsizdir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq və hər zaman dərin ehtiramla yad ediləcəkdir.


Digər xəbərlər

0.22983407974243