Hədəfə doğru inamla gedirik

16:52 12-12-2023 | icon 666
Hədəfə doğru inamla gedirik

         Prezident İlham Əliyevin cari ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışı beynəlxalq səviyyədə dərin maraqla qarşlanıb.  Dövlətimizin başçısı qeyd edib ki, eneri əməkdaşlığı sahəsində  uğurlar getdikcə artır.

          Genişmiqyaslı planlar həyata keçirilməkdədir. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir.

       Strateji əhəmiyyət kəsb edən neft kəmərləri. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.

            Azərbaycanın enerji potensialının beynəlxalq etirafı. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir.

           Enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi bütün aparıcı beynəlxalq maliyyə institutlarının iştirakı ilə reallaşan azsaylı layihələrdəndir. Nüfuzlu enerji və tikinti şirkətlərinin, investorların fəal iştirakı layihənin yüksək səmərəliliklə tamamlanmasını  şərtləndirən əsas faktorlardan biridir. Budəfəki toplantıda ötən illə müqayisədə daha çox sayda ölkə və şirkətlərin iştirakı onu göstərir ki, yeni bazarlarda da Azərbaycan qazına ehtiyac var.

          Prezident İlham Əliyev vurğulayıb ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.

         Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürmüşdür. İndiki halda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun artması, həm də ölkəmizin regiondakı geosiyasi mövqeyinin daha da güclənməsi baxımından da vacib hesab olunur.          

 

Sabir Rəcəb,

Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin müavini


Digər xəbərlər

0.28758502006531