Azərbaycanın Serbiya ilə əməkdaşlıq potensialı böyükdür

16:52 12-12-2023 | icon 507
Azərbaycanın Serbiya ilə əməkdaşlıq potensialı böyükdür

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 10-də Serbiyaya səfərinin nəticələri Azərbaycanın bu ölkə ilə əlaqələrinin müxtəlif sahələrdə inkişafı üçün yeni perspektivlər vəd edir. Prezident İlham Əliyevin Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışnda səsləndirilən fikirlər də bunun bariz ifadəsidir.

       Serbiya ilə Azərbaycan strateji tərəfdaşdır. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Av¬ropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Hər iki ölkə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühiti¬nin yaxşılaşdırılmasına, sənaye is¬tehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkan¬larının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

       Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum effektiv şəkildə icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır.Hazırda təbii qazımız səkkiz ölkəyə ixrac edilir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Mühüm layihə. İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəkdi.

         Serbiya və Bolqarıstan tərəfinin Azərbaycan Prezidentinin səfərinə böyük önəm göstərməsinin xüsusi əhəmiyyəti var. Azərbaycan ilə bu ölkələr arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

          Dövlətimizin başçısı İlham Əliyevin xarizması, nümunəvi davranışları, özünəməxsus idarəçilik qabiliyyəti, siyasət elmini dərindən bilməsi, həmçinin Azərbaycanın xarici ölkələrlə münasibətlərinin qurulmasında və inkişafında sərgilədiyi yanaşma, atdığı hər bir imzasına verdiyi dəyər ölkəmizin beynəlxalq nüfuzunu günü-gündən yüksəldib, etibarlı tərəfdaş imicini qazandırıb. Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu və keyfiyyətli xarici siyasət dövlətimizə, xalqımıza beynəlxalq səviyyədə müsbət imic qazandırıb.

          Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır.

 

Ramil İbrahimov,

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru    


Digər xəbərlər

0.24833393096924