Səttar Möhbalıyev: “Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyası dövlətimizi bundan sonra da daha böyük zirvələrə qaldıracaq”

18:49 12-12-2023 | icon 251
Səttar Möhbalıyev: “Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyası dövlətimizi bundan sonra da daha böyük zirvələrə qaldıracaq”

“Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin şanlı tariximizdə yerini və rolunu
hər zaman yüksək qiymətləndirib. Daim Ümummilli Liderini ehtiramla yad edir,
həm doğum günündə, həm də anım günündə böyük insan seli onun məzarı üstünə
gedir, ruhuna dualar oxuyur. Eləcə də ideyalarını, zəngin siyasi irsini qoruyub
saxlayır, müqəddəs kəlamları dillər əzbəridir. Qədirbilən xalqımız onun siyasi
kursuna ürəkdən dəstək verir, varlığının, müstəqilliyinin, inkişafının qarantı hesab
edir. Ulu Öndərin müəllifi olduğu siyasi strategiya onun uğurlu davamı sayəsində
xalqımızı zirvələrə qaldırdı, qələbədən-qələbəyə daşıdı, dövlətimizi dünyada böyük
söz sahibinə, regionda liderə çevirdi. Məhz bu siyasi kurs Azərbaycanın adını
kosmos dövlətləri sırasına yazdırdı. Kosmos dövlətləri dünyada barmaqla saylı
qədərdir ki, biz də o siyahıdayıq. Biz Azərbaycan xalqı olaraq dövlətimizin başçısı,
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə təşəkkür
edirik ki, ötən il sərəncam verərək 2023-cü ili “Heydər Əliyev İli” elan etdi. Bu
münasibətlə ölkəmizdə yerli və beynəlxalq əhəmiyyətli forumlar, konfranslar
keçirildi, idman yarışları, müsabiqələr, sərgilər təşkil olundu. Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası və ona üzv təşkilatlar da “Heydər Əliyev İli”
ilə bağlı tədbirlər planı hazırladı və uğurla həyata keçirdi”.


Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev səsləndirib.

“Xalqı üçün müstəqil, güclü dövlət quran Heydər Əliyevin dövlətçilik strategiyası
Azərbaycanımızın uğurlu inkişafına hesablanıb. Bu gün hər birimiz Heydər
Əliyevin şah əsəri olan qüdrətli Azərbaycanın vətəndaşı olmaqdan çox qürurluyuq.
O həm sovet Azərbaycanının təhlükəsizlik orqanına rəhbərlik edərkən, həm də

respublika başçısı olarkən yalnız milli hisslərlə yaşayıb, xalqının mənafeyi naminə
çalışıb, insanlarımızı əsassız təqiblərdən qoruyub, milli şüurun inkişafına şərait
yaradıb. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçilən vaxt respublikamızda vəziyyət son dərəcə ağır idi. Bilavasitə
onun rəhbərliyi ilə l970-ci ildən Azərbaycan intibah dövrünə qədəm qoydu,
respublikamızın gəlirləri artmağa başladı, göstəricilər yüksəldi. Təkcə 1971-75-ci
illərdə 55 yeni iri sənaye müəssisəsi və çalışan müəssisələrdə 32 yeni sex və
istehsal sahəsi fəaliyyətə başlamışdı. Heydər Əliyevin qətiyyəti və şəxsi nüfuzu
sayəsində SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri ölkəmizdə inşa
olunmuşdu. Onun Bakı Məişət Kondisionerləri zavodunun inşası naminə göstərdiyi
səyləri xüsusilə təqdir olunmalıdır. Zavodun Bakıda tikilməsi xalqımızın dahi
oğlunun böyük vətənpərvərliklə həyata keçirdiyi əzmkar fəaliyyətin nəticəsi idi.
Bu sıraya biz indiki Bakı Dərin Özüllər Zavodunu da qeyd edə bilərik ki, bu gün
də iqtisadiyyatımızın güclənməsinə, xalqımızın rifahına xidmət edir”, - Milli
Məclisin deputatı deyib.

Səttar Möhbalıyev fikrinin davamında bildirib ki, həmin illərdə Bakının görkəmi
əsaslı şəkildə dəyişdi: “Yeni binalar tikildi, geniş abadlıq işləri aparıldı. Əhalinin
mənzil şəraitinin yaxşılaşdırılması Heydər Əliyevin diqqət yetirdiyi mühüm
məsələlərdən biri idi. Məhz onun rəhbər olduğu dövrdə əhaliyə 376,1 min yeni
tikilmiş mənzil verildi. On beş mindən çox azərbaycanlı tələbə ittifaqın nüfuzlu ali
məktəblərinə oxumağa göndərilmişdi. Qeyd edim ki, həmin məzunlar Azərbaycan
müstəqil olduqdan sonra yüksək ixtisaslı kadr kimi ölkəmizə xidmət etməyə
başladılar və müstəqil Azərbaycan üçün çalışdılar. Ümumilikdə Ulu Öndərin
respublikamıza peşəkar rəhbərliyi onun ittifaq səviyyəsində tanınmasına, nüfuz
qazanmasına səbəb olmuşdu. Odur ki, Heydər Əliyev 1982-ci ilin sonunda SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. O, həmin vəzifədə gördüyü

işlərlə, humanist mövqeyi, ədalətli və sülhsevər yanaşmaları ilə dünya
səviyyəsində tanınırdı”.
“Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin başına gələnləri indi də
xatırlayanda narahat oluruq. Çox çətin dövr idi, xalqımız ağır sınaqla üzləşmişdi.
Amma xalqımızın müdrik qərarı - Heydər Əliyevi yenidən hakimiyyəti gətirilməsi
bizi bu bəlalardan xilas etdi. Bugünkü müstəqil, suveren, firavan, qüdrətli
Azərbaycan, həqiqətən də, Heydər Əliyevin şah əsəridir. Məlumdur ki, Ulu
Öndərin bütün siyasi fəaliyyətinin mərkəzində Azərbaycan dövlətinin maraqları,
xalqın sosial-iqtisadi vəziyyətinin yüksəldilməsi, vətəndaş cəmiyyətinin inkişafı
dururdu. Bu yolda həmkarlar ittifaqlarının fəaliyyətini nəzərə alaraq ona hər zaman
dövlət qayğısı göstərir, zəhmətkeşlərin hüquq və mənafeylərinin qorunması,
maraqlarının təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində
fəaliyyətini dəstəkləyirdi. 1994-cü ildə Ulu Öndərin şəxsi təşəbbüsü və birbaşa
nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda
“Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Bu qanunla həmkarlar
ittifaqlarının cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və
vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün
hüquqi baza yaranmış oldu”, - AHİK sədri bildirib.
O əlavə edib ki, yaratdığı Azərbaycanı öz layiqli davamçısına etibar edən Ulu
Öndər bununla ölkəmizin xoşbəxt gələcəyinin əsasını qoydu: “Cənab İlham Əliyev
Ümummilli Lider Heydər Əliyevin tərəqqi strategiyasını qətiyyətlə davam
etdirərək ölkəmizi qüdrətli ölkəyə çevirib. Ötən 20 ildə cənab İlham Əliyevin
müdrik rəhbərliyi sayəsində ölkə iqtisadiyyatı dönməz inkişaf yolu tutub,
Azərbaycan bütün sahələrdə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Onun gərgin
əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımızı dünyada
mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Xoşbəxtik ki, biz öz

torpaqlarımızın sahibiyik, dövlətimizin suverenliyi bütün ölkə ərazisində təmin
olunub, müqəddəs bayrağımız doğma Vətənimizin hər bir guşəsində - Şuşada,
Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda və digər işğaldan azad
edilmiş şəhər və kəndlərimizdə əzəmətlə dalğalanır”.

Səttar Möhbalıyev vurğulayıb ki, bu gün ölkəmizin vətəndaşları öz dövləti ilə
qürur duyur, qazanılan nailiyyətlərlə, əldə olunan uğurlarla fəxr edir: “Əminik ki,
gələn il fevralın 7-də Prezident seçkilərinə gedəcək xalqımız yenə də tərəqqiyə,
inkişafa, əmin-amanlığa səs verəcək. Azərbaycan həmkarlar ittifaqları Prezident
İlham Əliyevin xalq və dövlət qarşısında xidmətlərini yüksək qiymətləndirir, onun
bütün sahələrdə uğurla həyata keçirilən siyasətinə ürəkdən dəstək verir. Əminik ki,
Prezident İlham Əliyevin bundan sonra da müdrik idarəçiliyi sayəsində dövlətimiz
daha da inkişaf edəcək, müstəqilliyimiz möhkəmlənəcək, xalqımız xoşbəxt və
firavan həyatına davam edəcək”.


Digər xəbərlər

0.26118588447571