Xalqı birləşdirən Zəfər

10:01 13-12-2023 | icon 322
Xalqı birləşdirən Zəfər

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın ardıcıl təxribatlarının
və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək
məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü tarixi Qələbə ilə başa
çatdı. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və
Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və
peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv
etdi. Vətən müharibəsinin hər günü xalqın yaddaşında qələbələr ilə həkk olunub. Hər gün
Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad
edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və
tarixi ədalət zəfər çalsın. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il
dekabrın 10-da Azadlıq Meydanında keçirilmiş Zəfər paradında üç mindən çox Azərbaycan
əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradı Azərbaycan Silahlı
Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların
nümayəndələri də iştirak edirdilər. Qardaşlığın Zəfəri kimi iki ölkə rəhbərinin paradı birgə
qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu.  Həmin günü ölkəmizin bütün
şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının
təzahürüdür. Tariximizin ən şanlı səhifəsinin – Vətən müharibəsində parlaq Qələbənin
təntənəsi olan Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə
vətəndaşımız izləyib. Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan tarixinə Zəfər Gününü
yazdı. Bayramlarımız sırasına daha bir möhtəşəm tarixi gün əlavə olundu. Bu tarix 30 il
həsrətlə gözlədiyimiz sevinci xalqımıza yaşatdı. Bu parad bir daha göstərdi ki, ordu
quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi altında uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı
Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır
olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Zəfər paradında xalqımızın yaşadığı
qürur yaddaşlaraəbədilik həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya
başa çatdıvə Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq həll edildi.
Zəfərparadı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçünməğlubiyyət,
işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. Zəfər paradı bir daha göstərdi ki, peşəkar
ordusu olan xalqın müstəqilliyiəbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə
sədaqətində, Vətən sevgisindədir.
Samir Talıbov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.20350909233093