Neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir
Azərbaycanın iqtisadi inkişafının təməlində əsasən tərəfimizdən
aparılmış islahatlar dayanır. Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və
qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz
sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir.
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına
müsahibəsində deyib.
Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən Azərbaycanın
iqtisadi artımının nisbətən zəif olduğunu vurğulayan dövlətimizin başçısı
bildirib: “Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd
dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Bununla yanaşı, biz
düşünülmüş sosial siyasət həyata keçirə bilmişik. Son 20 ildə biz yoxsulluq
səviyyəsində yaşayan əhalinin sayını təqribən 50 faizdən 5,5 faizə endirə
bilmişik. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi
nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında
ədalətli bölünüb”.
Muradov Sərhəd
Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...