“Qarabağ” üçün tarixi oyun

15:22 14-12-2023 | icon 452
“Qarabağ” üçün tarixi oyun

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu matçına çıxacaq. Azərbaycan çempionu doğma meydanda İsveçin “Hekken” komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Azərbaycan təmsilçisinin tarixinə düşə bilər. İlk dəfə ölkəmizin təmsilçisi Avropa Liqasında 1/16 final mərhələsinə vəsiqə qazanar.

“Qarabağ” səfərdə 1:0 hesabıyla məğlub etdiyi bu rəqibə doğma meydanda da qalib gəlməlidir. Əks halda təmsilçimiz Avroliqanı tərk edib, mübarizəni Konfrans Liqasında davam etdirə bilər.

Bu gün qrupun digər oyununda Norveç “Molde”si əvvəlki bütün oyunlarından qalib ayrılmış lider “Bayer”lə (Almaniya) üz-üzə gələcək. “Qarabağ” məğlub olacağı halda, “Molde”nin də Almaniyada xal itirməsini arzulayacaq.

Avropa Liqası
H qrupu, 6-cı tur
14 dekabr

21:45. “Qarabağ” – “Hekken”
Baş hakim: Yucin Caya (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xal: Bayer – 15. Qarabağ – 7. Molde – 7. Hakken – 0.


Digər xəbərlər

0.26773190498352